Nəşriyyatda çapçı işləyən işçiyə necə gün məzuniyyəti düşür?

Nəşriyyatda çapçı işləyən işçiyə necə gün məzuniyyəti düşür?

Sual: Salam Altay müəllim. Sizin «Əmək münasibətləri A-dan Z-yə» kitabını almışam, çox xoşuma gəlib. Xahiş edirəm aşağıdakı suallara cavab verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm. Nəşriyyatda çapçı işləyən işçiyə 21 təqvim günü əmək məzuniyyəti verilir. Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi iddia edir ki, həmin işçinin məzuniyyətinə 6 gün əlavə edilməlidir, çünki Nazirlər Kabinetinin 2004 cü il 5 iyul tarixli, 92 saylı qərarına əsasən, çapçı vəzifəsi zərərli iş hesab olunur?

Bu doğrudurmu?
Seva Əliyeva

Cavab: Həqiqətən də, Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli, 92 saylı qərarına nəzər yetirəndə aydın olur ki, qeyd etdiyiniz çapçı vəzifəsi zərərli iş yeri kimi tanına bilər və həmin işçinin əlavə məzuniyyət hüququ yaranır.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər