DVX-nin təqdimatında: Lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vergitutma məsələləri necə tənzimlənir?

DVX-nin təqdimatında: Lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vergitutma məsələləri necə tənzimlənir?

Sual: “X lizinq” ASC tərəfindən 2023-cü ildə “Hyundai” markalı avtomobil fərdi sahibkara 5 illik lizinqə verilib. Cəmiyyət tərəfindən aparılan lizinq əməliyyatı ƏDV-dən azad olunan əməliyyat kimi hesabatlarda əks etdirilib. Lakin fərdi sahibkar tərəfindən müqavilə şərtləri yerinə yetirilmədiyindən 2024-cü ilin aprel ayında lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilib və avtomobil geri alınıb. Bu halda vergitutma məsələləri necə tənzimlənəcəkdir?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 140-cı maddəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əməliyyat bu Məcəllənin 140.2-ci maddəsinin tələblərinə cavab vermədiyi təqdirdə, əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir. Bu zaman Məcəllənin 72.4-1-ci maddəsinə uyğun olaraq, vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.
Buna əsasən, maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi və əməliyyat Vergi Məcəllənin 140.2-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün aparılan əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir. Bu zaman ƏDV-dən azadolma tətbiq edilmiş əməliyyatlar üzrə vergilər qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövrü (2024-cü ilin aprel ayı) üzrə təqdim edilmiş bəyannamədə dəqiqləşdirilməklə dövlət büdcəsinə bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 140.7-ci maddəsi

Mənbə: DVX-nin hazırladığı Vergi Məcəlləsində dəyişikliklərlə bağlı sual-cavab kitabçası

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər