Xəstəlik müddəti 6 aydan çox olan işçini işdən azad etmək olar?

Xəstəlik müddəti 6 aydan çox olan işçini işdən azad etmək olar?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də işçinin müvəqqəti əmək qabiliyyətini itirməsi müddətinin davamlı şəkildə 6 aydan çox olmasıdır. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməlidir? Bəzi həmkarlarımız hesab edirlər ki, maddədəki “Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz” cümləsinə istinadən müddət 6 aydan çox olduqda əmək müqaviləsinə xitam verilə bilər. Amma bu, doğru yanaşma deyil. Mümkündür ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirilməsi müddəti 6 aydan çox olsun, amma Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə işçiyə orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməsin. Bu halda işəgötürən həmin işçinin işə qayıtmasını gözləməlidir, yəni əmək müqaviləsinə xitam verməməlidir.
Mİsal. İşçi avtoqəza keçirdiyi üçün davamlı olaraq 7 ay ərzində əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında xəstəlik kağızını işəgötürənə təqdim edir. İşçi orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, müayinə nəticəsində ona imtina verilib. Bu halda işçinin əmək qabiliyyətinin itirilməsi müddəti 6 aydan çox olsa da, onun sağlamlıq durumu əlillik müəyyən edilməsinə əsas vermir.
6 aydan çox müddətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında müavinətin hesablanması ilə bağlı həmkarlarımız tərəfindən xeyli suallar daxil olub. 
Mİsal. İşçi 10 fevral tarixdə əmək qabiliyyətini müvəqqəti itirməsi haqqında sənəd təqdim edib. Müəyyən müddətdən sonra işçinin xəstəliyinin ciddi olduğu müəyyən edilib və cərrahi əməliyyata ehtiyac yaranıb. İşçinin təqdim etdiyi xəstəlik vərəqəsinə görə müddət 6 ayı keçərsə, bu zaman işəgötürən 6 aydan sonra müavinətin hesablanması üçün Dövlət Sosial Müdafiə Fonduna haqq-hesab göndərməlidir, yoxsa əmək müqaviləsinə xitam verməlidir?
Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, Tibbi-Sosial Ekspert Komissiyası işçinin əlilliyinin müəyyən edilməsi üçün prosesi həyata keçirmәlidir. Təcrübədə həmin müddət uzanarsa, o zaman işçiyə əmək qabiliyyətinin itirilməsi ilə bağlı xəstəlik vərəqəsi təqdim olunur ki, işəgötürən işçiyə müavinətin hesablanmasını həyata keçirsin. O da mümkündür ki, tibb müəsssisəsi işçinin xəstəlik tarixçəsi haqqında məlumatları elektron qaydada Tibbi-Sosial Ekspert Komissiyasına göndərsin ki, əlilliyin müəyyən edilməsi ilə bağlı qərar verilsin.  Komissiya adətən 10 gün ərzində müraciətə baxıb əlilliklə bağlı  qərar verməlidir, amma təcrübədə müddətin uzanması hallarına rast gəlinir. Əlilliyin müəyyən olunması dövrü üçün işçiyə xəstəlik vərəqəsi təqdim olunmalıdır. Həmin xəstəlik vərəqəsi tibb müəssisəsi və ya Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən tərtib olunur. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

2 Komment

  1. Məlahət Bayramova 09 May 2024

    Mən müəliməyəm öz hesabıma evdə işdən məzuniyyət götürmək istəyirəm evdə müalicə ücün xəstəlik sənədlərim var necə ay bunu edə bilərəm zəhmət olmasa ,mümkünsə deyin.

  2. Sərvər 09 May 2024

    Salam əmək məcəlləsin də olan yeniliyi necə əldə etmək olar?

Şərh yazın