İşçinin məzuniyyəti dövründə Nazirlər Kabinetinin qərarına əsasən iş günü yerdəyişməsi olarsa, proses necə tənzimlənir?

İşçinin məzuniyyəti dövründə Nazirlər Kabinetinin qərarına əsasən iş günü yerdəyişməsi olarsa, proses necə tənzimlənir?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Qeyd etdiyimiz kimi, Əmək Məcəlləsinin 104-cü maddəsinin yeddinci hissəsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı ilə  iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.
Mİsal. İşçi 8 aprel 2024-cü il tarixdən 14 günlük əmək məzuniyyəti hüququndan istifadə edir. Nazirlər Kabinetinin qərarına əsasən, 10 və 11 aprel tarixlərində Ramazan Bayramının qeyd edilməsi nəzərdə tutulub. İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Nazirlər Kabineti  aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı, şənbə günü ilə yerləri dəyişdirilib. Beləliklə,  ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. 
İş günlərinin yerinin dəyişməsinə baxmayaraq işçinin 8 aprel 2024-cü il tarixdən başlayan 14 günlük məzuniyyəti dövründə yalnız bayram günləri hesab edilən 10 və 11 aprel 2024-cü il tarixləri qədər yəni 2 gün uzadılma olacaq. Bu səbəbdən də, işçinin məzuniyyətinin başlanma tarixi 8 aprel 2024-ci il, bitmə tarixi 23 aprel 2024-ci il, işçinin işə başlanma tarixi 24 aprel 2024-cü il kimi qeyd edilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər