YENİ DƏYİŞİKLİK: Hansı şəxslər dövlət vergi orqanlarında işləmək üçün test imtahanı mərhələsindən azad olundu?
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə iki dəyişiklik edilib.
Əsasnamənin 1.7-ci bəndi müsabiqənin test imtahanı mərhələsindən azad edilən namizədlərin siyahısını müəyyən edir. Əsasnamənin 1.7.4-cü yarımbəndinə edilən dəyişklik nəticəsində informasiya texnologiyaları sahəsində vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər artıq test imtahanı mərhələsində iştirak etməyəcəklər.
Əsasnamənin 1.7.6-cı bəndinə edilən dəyişikliyə əsasən, ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslərin də test imtahanı mərhələsində iştirakına istisna nəzərdə tutulub. Qeyd edək ki, ali rəis heyətinə aşağıdakı vəzifələr aid edilir:
Vəzifənin adı |
Xüsusi rütbənin adı |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı |
|
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi |
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini |
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri |
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında baş idarənin rəisi |
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri |
Digər vergi qurumları |
|
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi |
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri |
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi |
3-cü dərəcəli dövlət ədliyyə müşaviri |
Digər baş idarənin rəisi |
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri |
Tədris Mərkəzinin rəisi |
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri |
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr) - SATIŞI davam edir
4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir
5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir
6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA
7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr) - 9 APREL TARİXİNDƏN SATIŞDA
8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA
9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda
10. Əmək Bələdçisi - 2024 - May ayından satışda
11. Vergi Platforması - 2024 - May ayından satışda satışda
12. PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda
13. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda
0 Komment
Şərh yazın