Ezamiyyə müddəti ilə bağlı hansı tələb mövcuddur? (Misallarla izah)

Ezamiyyə müddəti ilə bağlı hansı tələb mövcuddur? (Misallarla izah)

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Ezamiyyənin maksimum müddəti ilə bağlı tələblər mövcuddur. Qaydalara əsasən, işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla).
Amma qaydalarda 40 gün müddətlə bağlı istisnalar da mövcuddur. Birinci istisna odur ki, təftiş və yoxlamalarla əlaqədar olaraq ezamiyyət müddəti təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə təftiş və yoxlama qurtarana qədər artırılır.
Misal. İşçi audit yoxlaması üçün Gəncə şəhərinə ezamiyyətə göndərilib. Ezamiyyə müddətinin 30 gün olması nəzərdə tutulsa da, yoxlama həyata keçirilən qurumda pozuntuların çox olması səbəbindən yoxlamanın yekunlaşması mümkün olmur. Yoxlamanı həyata keçirən işçilərin təqdim etdiyi xidməti yazıya uyğun olaraq, işəgötürən qərar verə bilər ki, ezamiyyət müddəti daha 15 gün də artırılsın. 
İkinci istisna isə quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi ilə bağlıdır. Qaydalara əsasən, quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün üçün göndərilən fəhlələrin, rəhbər və mütəxəssislərin ezamiyyət müddəti müvafiq işlərin görülməsi müddətindən asılı olaraq müəyyən edilir.
Misal. İşəgötürən Şuşa şəhərində tikinti işləri həyata keçirir. Tikinti işləri üzrə smetaya əsasən, işlərin 2 ayadək yekunlaşdırılması nəzərdə tutulub. Bu zaman işəgötürən 40 gündən çox olan 2 ay müddətində işçilərin Şuşa şəhərinə ezam olunması haqqında qərar verə bilər.
Digər tələb isə respublika daxili ezamiyyə zamanı işçilərin tabeçik qaydasında yuxarı təşkilatlara ezam olunması ilə bağlıdır. Qaydaların “II. Respublika ərazisi daxilində ezamiyyələr” bölməsinin birinci hissəsinə əsasən, işçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən artıq olmamalıdır. Ezamiyyət müddətinin  işçini ezam edən orqanın rəhbərinin sərəncamı (əmri) ilə əlavə 5 gün artırılmasına icazə verilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər