www.mks.az saytı uçot və hesabatlılıq, vergi, insan resursları və audit sahəsində yeniliklərin oxuculara çatdırılmasında, müvafiq müzakirə platformalarının təşkilində operativliyi, məsələlərə kreativ yanaşması, praktiki biliklərə üstünlük verməsi və bir çox digər məziyyətləri ilə oxşar saytlardan fərqlənir. Sayt, təkcə sadalanan istiqamətlər üzrə deyil, ümumilikdə iqtisadiyyatda gedən proseslər, onun nəticələri, fərqli baxış və yanaşmalara da öz səhifələrində yer verir.
www.mks.az saytını fərqli edən digər mühüm bir xüsusiyyət həmkarlarımızın maariflənməsi, yeniliklərdən və praktiki biliklərdən bəhrələnməsi üçün onlara digər imkanları təqdim etməsdir. Saytın fəaliyyəti yuxarıda qeyd etdiyimiz klassik xəbər və müzakirədən başqa, aşağıdakı mühüm istiqamətləri də əhatə edir:
1. Ödənişsiz təlimlərin keçirilməsi. Saytımız insan resursları və mühasibatlıq sahəsində ixtisaslaşmış peşəkar təlimçilərin iştirakı ilə təlimlər təşkil edir ki, bu sessiyalar həm yeni başlayanlara, həm də təcrübəli həmkarlarımıza dəstək məqsədi daşıyır;
2. Sualların operativ cavablandırılması. Saytımızın vergi işi, mühasibatlıq və insan resursları sahəsində özünü təsdiq etmiş ekspertləri oxucuların suallarını yazılı şəkildə cavablandırırlar ki, bu da həmkarlarımızın gündəlik iş prosesində yaranacaq xidməti gərginliyinin azaldılmasına yardımçı olur;
3. Praktiki nəşrlər. “Əmək münasibətləri A-dan Z-yə” nəşrinin təkmilləşdirilərək 6 dəfə, “Mühasibat uçotu” kitabının yenidən işlənərək 2 dəfə çap olunması, eyni zamanda “Yoxlamalar”, “Əlavə dəyər vergisi” kimi praktiki vəsaitlərin bu mövzularda bir ilk olaraq işıq üzü görməsi, “Əmək qanunvericiliyi toplusu”, “Vergi qanunvericiliyi toplusu” nəşrlərinin hər il yeni əlavə və dəyişikliklər nəzərə alınaraq toplu şəklində həmkarlarımıza təqdim edilir.
4. “Monitor konsaltinq”jurnalı. Jurnalın 2009-cu ildən 2014-cü ilə kimi 74 sayı işıq üzü görüb, yalnız abunə yolu ilə yayılıb və ixtisaslaşmış nəşr kimi yaddaşlarda silinməz izlər qoyub. Hazırda jurnalın nəşrinin bərpası məqsədilə bağlı müxtəlif variantlar üzərində çalışmalar davam etdirilir.
Nəhayət, ən əsası biz - www.mks.az saytı olaraq mühasiblər, insan resursları sahəsində çalışan mütəxəssislər arasında maarifçilik fəaliyyəti ilə xüsusi rəğbət qazanmış “Monitor Konsaltinq Servis” MMC-nin xələfləriyik və bundan xüsusi qürur duyuruq.