İşçinin istirahət günü ezamiyyətə getməsi necə tənzimlənir?

İşçinin istirahət günü ezamiyyətə getməsi necə tənzimlənir?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Xarici ölkələrə səfərlər zamanı mümkündür ki, işçinin ezamiyyətə göndərilməsinin başlanma tarixi istirahət gününə təsadüf etsin. Misal üçün, bəzi şəhərlər mövcuddur ki, Bakı şəhərindən həmin şəhərlərə gündəlik yox, həftənin müəyyən günlərində təyyarə reysləri var. Bu halda istirahət günü səfər edən işçiyə əlavə ödənişlər həyata keçirilməlidir.
Qaydaların “Ümumi müddəalar” bölməsinin doqquncu hissəsinə əsasən, təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əmək haqqı və ya əlavə istirahət günü (günləri) verilir.
Mİsal. Almaniyaya ezam olunan işçinin təyyarə reysi bazar və ya iş günü hesab edilməyən bayram gününə təsadüf edir. Bu zaman işəgötürən tərəfindən işçiyə istirahət günü işə çıxdığı üçün əlavə ödəniş hesablanmalıdır. Ödənişin hesablanması zamanı Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq hesablama aparılır. Əmək Məcəlləsinin 164-cü maddəsi üzrə əlavə əmək haqqının hesablanması “Əmək haqqı” bölməsində misallarla izah olunduğu üçün bu bölmədə təkrarçılığa yol vermirik..
Bəs, işçinin ezamiyyət dövrü istirahət günlərinə təsadüf edərsə, bu zaman da əlavə ödəniş hesablanmalıdır? Qaydalarda ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşməsi halı qeyd edilib. Fikrimizcə, işçinin ezamiyyə müddəti istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) təsadüf edərsə, hər hansı əlavə ödəniş edilmir. Sadəcə, həmin günlər üçün ezamiyyə norması məbləğində ödənişlər digər günlərdə olduğu kimi həyata keçirilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər