DVX-nin təqdimatında: Cari vergi ödəmələri hesablayarkən vergidən azad olunan gəlirlər necə nəzərə alınmalıdır?

DVX-nin təqdimatında: Cari vergi ödəmələri hesablayarkən vergidən azad olunan gəlirlər necə nəzərə alınmalıdır?

Sual: “X” QSC Bərdə rayonunda pambıq istehsalı ilə yanaşı, həmin məhsulun tədarük qaydasında alğı-satqısı ilə də məşğuldur. Cəmiyyətin 2023-cü il üzrə xərclər nəzərə alınmadan vergidən azad olunan gəlirləri 450.000 manat, vergiyə cəlb edilən gəlirləri isə (xərclər nəzərə alınmadan) 250.000 manat təşkil edib və 20.000 manat mənfəət vergisi hesablanıb. Müəssisənin 2024-cü ilin 1-ci rübü üzrə ümumi gəlirləri 45.000 manat, o cümlədən vergidən azad olunan gəlirləri 30.000 manat, vergiyə cəlb edilən gəlirləri isə (xərclər nəzərə alınmadan) 15.000 manat olub. Bu halda 2024- cü ilin 1-ci rübü üzrə cari vergi ödəmələri necə hesablanacaqdır?
Cavab: Bildiririk ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 151.2-ci maddəsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki vergiyə cəlb olunan gəlirinin (xərclər nəzərə alınmadan) həcmini onun keçən ilin vergiyə cəlb edilən gəlirində (xərclər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirir.
Buna əsasən, Cəmiyyət tərəfindən 2024-cü ilin 1-ci rübü üçün Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun olaraq  cari vergi ödəməsi cari rübdəki vergiyə cəlb olunan gəlirinin (xərclər nəzərə alınmadan) həcmini keçən ilin vergiyə cəlb olunan gəlirində (xərclər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla (15.000x20.000/250.000=1.200) hesablanır.


Əsas: Vergi Məcəlləsinin 151.2-ci maddəsi

Mənbə: DVX-nin hazırladığı Vergi Məcəlləsində dəyişikliklərlə bağlı sual-cavab kitabçası

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər