Elektron informasiya sistemində vakant yerlər maksimum nə qədər müddətə açıq olmalıdır?
Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə
Həmkarlarımız arasında konkret cavabı tapılmayan məsələlərdən biri də işdən çıxan işçinin boş qalan iş yerinin hansı müddətdə aktiv qalmasıdır.
Misal. İşəgötürən işçinin ərizəsinə əsasən, onu 10 fevral 2024-ci il tarixdən işdən azad edib. Yeni işçinin işə qəbulu prosesinin bir ay və ya daha çox davam etməsi mümkündür. Bu zaman işəgötürən həmin ştatı ləğv etməli, yoxsa işçi qəbuluna qədər vakant yer kimi saxlamalıdır?
Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də, Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etməkdir.
Maddədən göründüyü kimi, işəgötürənin hüququ var ki, ştat çədvəli üzrə ştatları və ya struktur bölmələrini ləğv etsin. Buna görə də işəgötürən hansısa ştatı ləğv etdikdə və ya yenisini yaratdıqda dövlət qurumu ona irad tutmur. İşəgötürən vakant vəzifəyə işçi qəbul etmədiyi halda, Dövlət Məşğulluq İdarəsi həmin boş vəzifə haqqında məlumatlı olduğundan işsiz və ya işəaxtaran kimi uçotda olan şəxsləri ora yönəldəcək. İşəgötürən namizədləri işə qəbul etmədiyi halda dövlət qurumuna əsaslandırılmış izah verməlidir. İşəgötürən vakant vəzifənin ləğv zamanı ya yeni ştat cədvəli təsdiq edə, ya da stat cədvəlindəki vəzifələrə dəyişikliklərlə bağlı əmr (sərəncam) verə bilər.
Qeyd etdiyimiz kimi, işəgötürən Əmək Məcəlləsinin 11-ci maddəsindəki hüququndan istifadə etməklə ştatdakı vəzifələrlə bağlı sərbəst qərar verdiyi üçün elektron informasiya sistemində qanunvericilik çərçivəsində uyğun addımlar ata bilər. Fikrimizcə, işəgötürən ştatla bağlı hər hansı dəyişiklik apardıqda, onu əmri (sərəncamı) ilə rəsmiləşdirməlidir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr) - SATIŞI davam edir
4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir
5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir
6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA
7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr) - 9 APREL TARİXİNDƏN SATIŞDA
8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA
9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda
10. Əmək Bələdçisi - 2024 - May ayından satışda
11. Vergi Platforması - 2024 - May ayından satışda satışda
12. PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda
13. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda
0 Komment
Şərh yazın