Xüsusi kateqoriyaya aid edilən işçiyə əmək müqaviləsinə xitam zamanı niyə 30 və ya 21 gün əsas məzuniyyət hesablanır?

Xüsusi kateqoriyaya aid edilən işçiyə əmək müqaviləsinə xitam zamanı niyə 30 və ya 21 gün əsas məzuniyyət hesablanır?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə uyğun fərqli əmək məzuniyyəti olan işçilərin əmək müqaviləsinə xitam zamanı əsas məzuniyyətin hesablanmasının əsaslarına aydınlıq gətirək. Əmək Məcələsinin 112-ci maddəsində əmək məzuniyyətinin əsas və əlavə məzuniyyətlərdən ibarət olması qeyd edilib. Əsas məzuniyyətlərin müddətlərinə Əmək Məcəlləsinin 114-cü maddəsində aydınlıq gətirilib. Əmək Məcəlləsinin 114-cü maddəsinin ikinci və üçüncü hissəsinə müvafiq olaraq əsas məzuniyyətin müddəti 21 və 30 gün olaraq müəyyən olunub. 
Göründüyü kimi, əsas məzuniyyət müddəti ya 21, ya da 30 gündən ibarət olmalıdır. Əmək Məcəlləsininin 118, 119, 120 və 121-ci maddələri üzrə müəyyən edilən məzuniyyət əsas məzuniyyət yox, əmək məzuniyyətidir. Əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarət olduğu üçün əmək məzuniyyətinin 21 və ya 30 günlük əsas məzuniyyətdən artıq müəyyən edilən hissəsi birmənalı olaraq əlavə məzuniyyət hesab edilir. Doğrudur, əlavə məzuniyyət günləri Əmək Məcəlləsinin 115, 116 və 117-ci maddələrinə uyğun müəyyən edilir. Amma Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələri ilə tənzimlənən əmək məzuniyyəti həmin kateqoriya aid edilən işçilərə yüksək əlavə məzuniyyətlər hesablanmaqla müəyyən edilib. O səbəbdən də, Əmək Məcəlləsinin 115, 116 və 117-ci maddələrinə uyğun hesablanan əlavə məzuniyyətlər Məcəllənin 118, 119, 120 və 121-ci maddələri ilə müəyyən edilən əmək məzuniyyətlərində nəzər alınmır.
Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddədən göründüyü kimi, “əsas məzuniyyətlərə görə pul əvəzi” ifadəsindən istifadə edilib. Qeyd etdiyimiz kimi, əsas məzuniyyət günləri əsas və əlavədən ibarət olduğu üçün, Əmək Məcəlləsinin 118-ci, 119-cu, 120-ci və 121-ci maddələri ilə əmək məzuniyyəti müəyyən edilən işçilərə mütləq əsas məzuniyyət günü müəyyənləşdirilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər