İş vaxtının cəmlənmiş uçotunda işçilərin istirahət günlərində işə cəlb edilməsi necə tənzimlənir? (Misallarla izah)
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə
İş vaxtının cəmlənmiş uçotunda işçilərin istirahət günlərində işə cəlb edilməsi də maraqlı məqamlardandır.
Mİsal. İş vaxtının cəmlənmiş uçotu aparıldıqda, bir qayda olaraq, işçi üçün növbə cədvəli tutulur və növbə cədvəlində istirahət günləri müəyyən edilir. İşçi növbə cədvəlində nəzərdə tutulan istirahət günündə işə cəlb edilərsə və belə hallarda (məsələn, hava şəraiti ilə əlaqədar) əmək müqaviləsinin şərtlərində növbə cədvəlinə düzəliş edilməsi nəzərdə tutulmazsa, istirahət günlərində işə cəlb edilməyə görə işçiyə əmək haqqı ikiqat məbləğdən az olmayaraq hesablanır.
İş vaxtının cəmlənmiş uçotu aparıldıqda aylıq maaş və əməyin vaxtamuzd ödənilmə sistemləri tətbiq oluna bilər. Hazırda işəgötürənlər aylıq maaş sisteminə daha çox üstünlük verirlər. Bu halda iş vaxtının qeydiyyat (uçot) dövrü müəyyən edilir ki, bu dövr bir ildən artıq ola bilməz.
Mİsal 1. Qeydiyyat dövrü bir ildir və işçi aylıq maaş sistemi üzrə (yəni, aylıq iş vaxtı normasını işlədikdə aylıq oklad alır) işləyir. İşçinin aylıq maaşı 1000 manatdır. İşçi cari ayda iki istirahət günündə işə cəlb edilib. Bununla əlaqədar olaraq, qeydiyyat dövründə iş növbələri tənzimlənir, işçi illik iş vaxtı normasından artıq işləmir. Bu halda işçiyə həmin ay üçün 1000 manat vəzifə maaşı, istirahət günlərinə görə 100 manat (1000 / 20 x 2), cəmi 1100 manat əmək haqqı hesablanacaq.
Mİsal 2. Misalımızın davamı kimi hesab edək ki, işçi cari ayda iki istirahət günü işə cəlb edilib, lakin qeydiyyat (uçot) dövrünün sonunda məlum olub ki, bu səbəbdən illik iş vaxtı norması gözlənilməyib. Bu halda işçiyə həmin ay üçün 1000 manat vəzifə maaşı, istirahət günlərinə görə 100 manat (1000 / 20 x 2 =100), cəmi 1100 manat əmək haqqı hesablanacaq. Eyni zamanda, qeydiyyat (uçot) dövrünün sonunda ona iki istirahət günü işlədiyinə görə 100 manat (1000 / 20 x 2 = 100) ödəniləcək.
Əlavə izah: İş vaxtının cəmlənmiş uçotu aparıldıqda qeydiyyat (uçot) dövrünün sonunda işçinin illik iş vaxtı normasına onun üzürlü hesab edilən səbəblərdən (əmək məzuniyyəti, digər məzuniyyətlər, xəstəlik dövrü, orta əmək haqqı saxlanılar hallar) işdə olmadığı iş günlərinə görə düzəliş edilir və illik iş vaxtı norması dəqiqləşdirilir. İş vaxtının uçotunun təhlili aparılaraq aşağıdakı istiqamətlər üzrə faktiki illik iş vaxtı saatları müəyyən edilir:
- düzəliş edilmiş illik iş vaxtı norması (ödəniş forması: iş günlərinə mütənasib aylıq maaş);
- iş günü olmayan istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündəki iş saatları (ödəniş forması yuxarıdakı misallarda göstərilən qaydada);
- iş vaxtından artıq iş (Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirildiyi saatlar). Ödəniş forması: əmək Məcəlləsinin 165-ci maddəsinə uyğun olaraq saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
- əsassız iş saatları (növbə cədvəlinin illik iş vaxtı normasına uyğun qurulmaması nəticəsində yaranan artıq iş saatları). Ödəniş forması qanunvericilikdə nəzərdə tutulmur, əmək mübahisəsi yaranmaması məqsədilə Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərinə uyğun ödənilir.
ƏMAS altsistemi: Proqram təminatı və əmək qanunvericiliyinin tələbləri
ƏMAS altsistemində struktur, bölmə və ştatın yaradılmasının, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam verilməsinin ADDIM-ADDIM izahı
Qeyd edək ki, 30 may 2022-ci il tarixi bazarertəsi olsa da, Müstəqillik günü ilə əlaqədar qeyri-iş günü hesab edilir.
Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]
1 Komment
Nigar Safarova 09 Oktyabr 2022
0.5 aklad iş heftelik neçe saat iş demekdir?ilave olaraq başqa muessisede 1 aklad isleyirem.amma çox xahiş edirem ele bir emr varsa onu da yazsanız minnetdar olaram
Şərh yazın