ƏMAS Platformasında YENİLİK! Qismən sosial ödənişli məzuniyyət əmri ilə bağlı MƏHDUDİYYƏT
Əmək Məcəlləsinin 127-ci maddəsinə (“Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları”) əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri və ya ailənin digər üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət hüququna malikdir.
1 may 2026-cı il tarixdən etibarən uşağın 3 yaşı tamam olanadək ona qulluqla bağlı hesablanan müavinət proaktiv qaydada işçiyə ödənilir. Qanunvericiliyə əsasən, uşağın 1,5 yaşınadək olması halında aylıq müavinət məbləği 44 manat, 1,5 yaşdan yuxarı olduqda isə 28 manat təşkil edir.
Bundan əlavə, Nazirlər Kabinetinin 189 nömrəli qərarına edilmiş dəyişikliklərə əsasən, əlilliyi olan uşağa görə həmin məbləğlər ikiqat tətbiq edilir. Bu halda müavinət məbləği uşağın 1,5 yaşınadək dövrü üçün 88 manat (44 manat × 2), 1,5 yaşdan yuxarı dövr üçün isə 56 manat (28 manat × 2) müəyyən edilir.
Müavinətlərin proaktiv qaydada hesablanması ilə əlaqədar ƏMAS platformasında qismən ödənişli sosial məzuniyyət əmrlərinin tərtibi üzrə bəzi yeniliklər tətbiq olunub. ƏMAS altsistemində edilən dəyişikliklərlə bağlı saytımızda silsilə yazılar təqdim ediləcək. Eyni zamanda, 8 iyun 2026-cı il tarixdən başlayacaq 3 dərsdən ibarət “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimdə də bu məsələlər ətraflı izah olunacaq.
ƏMAS altsistemində qismən ödənişli sosial məzuniyyət əmri tərtib edilərkən, işçinin 3 yaşadək övladı barədə məlumat dövlət informasiya ehtiyatlarından avtomatik qaydada əldə olunur. Əgər sistemdə həmin məlumat mövcud deyilsə, əmrin hazırlanmasına məhdudiyyət tətbiq edilir:

Şəkildən də göründüyü kimi, ƏMAS altsistemi dövlət informasiya sistemlərindən işçinin övladının 3 yaşdan aşağı olub-olmaması barədə məlumatı avtomatik əldə edir. Məlumat olmadığı halda sistem əmrin tərtibinə icazə vermir.
Bəs işçinin 3 yaşadək övladı olduğu halda da eyni məhdudiyyət yarana bilərmi? Bəli, mümkündür. Bu hal əsasən uşağa şəxsiyyət vəsiqəsi alınmadıqda baş verir. Çünki ƏMAS altsistemi ailə vəziyyəti ilə bağlı məlumatları dövlət informasiya ehtiyatlarından əldə edir. Uşaq üçün şəxsiyyət vəsiqəsi əldə edildikdən sonra işəgötürən tərəfindən qismən ödənişli sosial məzuniyyət əmri tərtib edilə bilər.
Məlumat üçün bildirək ki, 2-ci qrup üzrə 8 iyun 2026-cı il tarixdən başlayacaq və 3 dərsdən ibarət olacaq “ƏMAS Platforması: A-dan Z-yə” (Bonus: isb.az və e-gov.az) mövzusunda tematik təlimdə əmrlərin tərtibi ilə yanaşı, istifadəçi səlahiyyətləri, struktur əməliyyatları, əmək müqaviləsinin bağlanması prosesi və digər bölmələr üzrə də praktiki məlumat veriləcək.
Təlimdə iştirak etmək üçün “+” işarəsini yazmaq və ya 050-368-12-72 nömrəsi ilə (WhatsApp aktivdir) əlaqə saxlamaq kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın