Hamiləliyə və doğuma görə müavinətin proaktiv hesablanması ilə bağlı bildiriş forması təqdim edilir (FORMA)

Hamiləliyə və doğuma görə müavinətin proaktiv hesablanması ilə bağlı bildiriş forması təqdim edilir (FORMA)

Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1 may 2026-cı il tarixdən etibarən verilən elektron xəstəlik vərəqələri üzrə hamiləliyə və doğuma görə müavinətin proaktiv qaydada təyin olunması prosesinə start verilib.

Səhiyyə müəssisəsi tərəfindən işçiyə sosial məzuniyyət üzrə elektron xəstəlik vərəqəsi açıldıqda işəgötürənə aşağıdakı məzmunda bildiriş təqdim edilir:

Bildiriş

“Əməkdaşınız ____________ ___________________ _______________ ___________ QIZI nömrəli elektron xəstəlik vərəqəsi tərtib edilmişdir. Müvafiq müavinətin avtomatlaşdırılmış qaydada təyin edilərək ödənilməsinə baxılması üçün əməkdaşınızın hamiləliyə və doğuma görə məzuniyyət əmrinin rəsmiləşdirilib mümkün qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini xahiş edirik.”

Qeyd edək ki, həmin bildiriş ƏMAS altsisteminə deyil, e-gov.az portalında yeni yaradılmış “Proaktiv təyinat və sorğular” bölməsinə göndərilir.

İşəgötürən isə təqdim edilən bildirişə uyğun olaraq ƏMAS altsistemində sosial məzuniyyət əmrini rəsmiləşdirməlidir.

“Müavinətlər üzrə yeni tələblər və e-gov.az prosesi” mövzusunda keçiriləcək 23 may 2026-cı il tarixli tematik təlimdə bu və digər praktiki məsələlər geniş şəkildə izah ediləcək.

Əlaqə:
050-368-12-72 (WhatsApp aktivdir)
email: mksacademy2022@gmail.com

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər