Hansı halda işçi öz ərizəsi ilə işdən çıxdıqda hesablanan ödənişdən gəlir vergisi hesablanmayacaq? (YENİ)

Hansı halda işçi öz ərizəsi ilə işdən çıxdıqda hesablanan ödənişdən gəlir vergisi hesablanmayacaq? (YENİ)

Satışı davam edən "Vergi Məcəlləsi 2026" (son dəyişikliklərin izahı) kitabından seçmə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa edilən əlavəyə əsasən, dövlət qulluqçusunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı üzrə orta aylıq dövlət məvacibinin altı misli miqdarında birdəfəlik haqq verilir və həmin məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmur.
Bu səbəbdən həm Vergi Məcəlləsinə, həm də “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilib.
Vergi Məcəlləsinin 102.1.16-cı maddəsinə edilən dəyişikliyə əsasən, dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq gəlir vergisinə cəlb edilmir.
Eyni yanaşma “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərlə bağlı da tətbiq edilib.
MİsaL. Dövlət qulluqçusunun 2026-cı ilin avqust ayında dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verilir. Qeyd edək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
Dövlət qulluqçusunun seçiminə əsasən dövlət qulluğunun son 24 ayı üzrə hesablanan orta aylıq dövlət məvacibi 3 000 manat təşkil edib. Bu halda işçiyə hesablanacaq 18 000 manat (3 000 manat × 6 misli) məbləğindən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.

2026-cı il üzrə yenilənmiş “Vergi Məcəlləsi 2026” kitabının satışı davam edir

Kitablarda 1 may 2026-cı il tarixədək qüvvəyə minmiş son dəyişikliklər, praktiki izahlar və mühüm qeydlər də yer alıb.

 “Vergi Məcəlləsi 2026”
✔️ Vergi qanunvericiliyində son dəyişikliklərin izahı - 130 səhifə
✔️ Vergi Məcəlləsi (müvafiq icra hakimiyyəti orqanları qeyd edilməklə)

Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.

Sifariş və ətraflı məlumat üçün:
050-368-12-72 (WhatsApp aktivdir)

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər