Vergi ödəyicisi tərəfindən hansı məlumatların təqdim edilməməsi inzibati məsuliyyətə səbəb olacaq? (YENİ)

Vergi ödəyicisi tərəfindən hansı məlumatların təqdim edilməməsi inzibati məsuliyyətə səbəb olacaq? (YENİ)

Satışı davam edən "Vergi Məcəlləsi 2026" (son dəyişikliklərin izahı) kitabından seçmə

Vergi Məcəlləsinin 76-1-ci maddəsi maliyyə institutları və digər şəxslər tərəfindən məlumatların və sənədlərin təqdim edilməsi ilə bağlı prosesi tənzimləyir. Edilən dəyişiklik nəticəsində vergi ödəyicisi tərəfindən maliyyə institutlarına yalnız məlumatların deyil, həmçinin sənədlərin təqdim edilməsi prosesi də müəyyən edilib. 
Belə ki, Vergi Məcəlləsinə əlavə edilən 76-1.2-ci maddəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruri məlumatlar və sənədlər təqdim edilməlidir. Həmçinin, həmin məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatlar və sənədlər dəyişiklik baş verdiyi gündən 30 gün müddətində şəxs tərəfindən maliyyə institutuna təqdim edilməlidir. 
Maddədən göründüyü kimi, vergi ödəyiciləri tərəfindən qeyd edilən məlumat və sənədlərin təqdim edilməsi üçün 30 günlük müddət müəyyən edilib. Maddəyə əlavə edilən digər bəndə əsasən isə həmin məlumat və sənədlərin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub. 
Belə ki, Vergi Məcəlləsinə əlavə edilən 76-1.3-cü maddəyə əsasən, maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə, eləcə də rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik üzrə məlumatların və sənədlərin Vergi Məcəlləsinin 76-1.2-ci maddəsində müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq həyata keçirilir. 
İnzibati məsuliyyətlə bağlı İnzibati Xətalar Məcəlləsinə 461.1-2-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə şəxsin rezidentliyinin müəyyən edilməsi məqsədilə dürüst olmayan və ya təhrif olunmuş məlumat və sənədlərin təqdim edilməsinə, eləcə də rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişikliklə bağlı məlumat və sənədlərin Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə maliyyə institutuna təqdim edilməməsinə görə fiziki şəxslər 300 manat, hüquqi şəxslər isə
1 000 manat məbləğində cərimə ediləcəklər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər