RƏSMİ! Baş nazir Əli Əsədov müavinətlərlə bağlı yeni qaydaların qüvvəyə minmə tarixini təsdiqlədi

RƏSMİ! Baş nazir Əli Əsədov müavinətlərlə bağlı yeni qaydaların qüvvəyə minmə tarixini təsdiqlədi

Sabahdan satışda olacaq "Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı" kitabından seçmə

189 saylı qərarla təsdiq edilən qayda ilə bağlı izahlara keçmədən öncə bildirək ki,  Azərbaycan Respublikası Nazirlər Kabineti 7 may 2026-cı il tarixli, 136 nömrəli yeni qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” üzrə edilmiş dəyişikliklərin qüvvəyə minmə tarixini dəqiqləşdirib.
Qeyd edək məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş dəyişikliklərdən gedir. Həmin qərarla xəstəlik vərəqələri və digər sosial sığorta ödənişləri üzrə hesablanma mexanizmlərində ciddi dəyişikliklər edilmişdi.
Yeni qəbul edilən 136 nömrəli qərara əsasən, 31 nömrəli qərara aşağıdakı məzmunda yeni hissə əlavə olunub:
“Bu Qərar 2026-cı il mayın 1-dən qüvvəyə minir.”
Bununla da praktikada yaranan əsas mübahisəli məqamlardan biri — yeni qaydaların hansı tarixdən qüvvədə olması məsələsi hüquqi baxımdan rəsmiləşdirilmiş oldu: 1 may 2026-cı il.

“Müavinətlər üzrə yeni tələblər və e-gov.az prosesi” mövzusunda keçiriləcək 23 may 2026-cı il tarixli tematik təlimdə bu və digər praktiki məsələlər geniş şəkildə izah ediləcək.

Əlaqə:
050-368-12-72 (WhatsApp aktivdir)
email: mksacademy2022@gmail.com

0 Komment

    Şərh yazın

    Xəbərlər