Distant iş forması əmək şəraitinin əlavə şərti hesab olunacaq? (3 VACİB MƏQAM)
Satışı davam edən "Əmək Məcəlləsi 2026" (1 may 2026 tarixinə olan son dəyişikliklərin izahı) kitabından seçmə
Əmək Məcəlləsinin 55-ci maddəsinə ikinci hissə əlavə edilmişdir. Həmin hissəyə əsasən, əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən edilir.
Maddənin izahına keçməzdən öncə qeyd edək ki, Rusiya Federasiyasının Əmək Məcəlləsində distant iş rejimi ayrıca fəsil üzrə tənzimləndiyindən bu mövzu daha ətraflı şəkildə izah edilmişdir. Bu səbəbdən Rusiya Əmək Məcəlləsində qeyd edilən müddəaların qısa izahını təqdim edirik ki, işəgötürənlər uyğun normaları praktikada tətbiq edə bilsinlər.
Rusiya Əmək Məcəlləsində “Distant iş rejimində çalışan işçilərin əməyinin tənzimlənməsinin xüsusiyyətləri” adlı 49.1-ci fəsil 9 maddədən ibarətdir. Həmin maddələrdə göstərilir ki, əmək müqaviləsi və ya əmək müqaviləsinə əlavə razılaşma ilə işçinin əmək funksiyasının distant iş rejimində yerinə yetirilməsi aşağıdakı formalarda müəyyən edilə bilər:
- daimi (əmək müqaviləsinin bütün müddəti ərzində);
- müvəqqəti (əmək müqaviləsində və ya əlavə razılaşmada müəyyən edilmiş, 6 aydan çox olmayan ardıcıl müddət ərzində);
- periodik (distant iş dövrləri ilə stasionar iş yerində çalışma dövrlərinin növbələşməsi yolu ilə).
İndi isə Əmək Məcəlləsinin 55-ci maddəsinə əlavə edilən ikinci hissə ilə bağlı əsas məqamları qeyd edək.
Birinci məqam ondan ibarətdir ki, işçinin distant iş rejimində çalışması ona ənənəvi iş rejimində tətbiq olunan hüquqların məhdudlaşdırılmasına səbəb ola bilməz.
Mİsal 1. Mütəxəssis vəzifəsində çalışan işçinin distant iş rejiminə keçirilməsi əsas məzuniyyət günlərinin 30 gündən az müəyyən edilməsi üçün əsas ola bilməz. Həmçinin işəgötürən iddia edə bilməz ki, işçinin distant rejimdə çalışması ilə əlaqədar nəqliyyat xərclərinin azalması səbəbindən əməkhaqqında azalma tətbiq ediləcəkdir.
Mİsal 2. Distant iş rejimində çalışan işçi gecə vaxtı və ya bayram (istirahət) günlərində işlədiyi halda, əmək müqaviləsində nəzərdə tutulmuş əməkhaqqına müvafiq əlavələr ödənilməlidir.
İkinci məqam distant iş rejimində çalışan işçilərin əmək müqaviləsində nəzərdə tutulmalı olan əlavə şərtlərlə bağlıdır. Rusiya və digər ölkələrin əmək qanunvericiliyinin təhlili nəticəsində aşağıdakı şərtlərin əmək müqaviləsində əks olunması tövsiyə olunur:
- distant iş rejimi zamanı işçi ilə əmək münasibətlərinin hansı vasitələrlə qurulacağı;
- işçinin iş rejiminin müəyyən edilməsi, o cümlədən distant rejimdən ənənəvi rejimə keçid qaydası;
- iş və istirahət vaxtının uçotunun aparılması;
- işçinin öz avadanlığından, internetindən və ya kommunal xərclərindən istifadə etdiyi hallarda kompensasiyanın ödənilməsi;
- distant işçinin əmək funksiyasını yerinə yetirə bilmədiyi halların müəyyən edilməsi;
- informasiya mühafizəsi və təhlükəsizlik tələbləri, habelə əməyin mühafizəsi qaydaları.
Üçüncü məqam işçinin distant iş rejimindən ənənəvi iş rejiminə keçirilməsinin əmək şəraitinin dəyişdirilməsi kimi qiymətləndirilib-qiymətləndirilməməsi ilə bağlıdır.
Mİsal. İşçi 15 aprel 2026-cı il tarixindən distant iş rejiminə keçirilmişdir. İşəgötürən 1 iyun 2026-cı il tarixindən distant iş rejiminin tətbiqini ləğv etmək qərarına gəlir. Bu halda əmək şəraitinin dəyişməsi səbəbindən işçiyə bir ay əvvəlcədən xəbərdarlıq edilib-edilməməsi məsələsi ortaya çıxır.
Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatlandırmalı və ya müvafiq əmr (sərəncam, qərar) verməlidir.
Maddədən göründüyü kimi, “(bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa)” ifadəsi xüsusi olaraq qeyd edilmişdir. Distant iş rejimi ilə bağlı əlavə şərtlər Əmək Məcəlləsinin 55-ci maddəsi ilə tənzimləndiyindən, işçinin distant iş rejimindən ənənəvi iş rejiminə keçirilməsi zamanı bir ay əvvəlcədən xəbərdarlıq edilməsinə ehtiyac yoxdur.
2026-cı il üzrə yenilənmiş “Əmək Məcəlləsi” kitabının satışı davam edir
Kitablarda 1 may 2026-cı il tarixədək qüvvəyə minmiş son dəyişikliklər, praktiki izahlar və mühüm qeydlər də yer alıb.
Əmək Məcəlləsində son dəyişikliklərin izahı - 150 + səhifə
Konstitutsiya Məhkəməsinin 18 fevral tarixli qərarı üzrə izahlar - 10+ səhifə
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sosial məzuniyyətlə bağlı NK Qərarın izahı - 50+ səhifə
Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.
Sifariş və ətraflı məlumat üçün:
050-368-12-72 (WhatsApp aktivdir)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın