Dövlət Əmək Müfəttişliyi Xidməti “uzanan inzibati xətalar” anlayışını necə şərh edib?

Dövlət Əmək Müfəttişliyi Xidməti “uzanan inzibati xətalar” anlayışını necə şərh edib?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov uzanan inzibati xətalarla bağlı mks.az saytının sualını cavablandırıb. Həmin sualın və cavabın mətnini təqdim edirik:

Sual: “İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İşçinin əmək müqaviləsinə səhv xitam verilməsi və ya son haqq hesabının ödənilməməsi "uzanan" inzibati xətalara aid edilir? Zəhmət olmasa, "uzanan inzibati xətalar"ı əmək münasibətləri baxımdan misalla izah edərdiniz.

Cavab: “İnzibati Xətalar Məcəlləsində “uzanan hüquq pozuntuları” və ya “uzanan inzibati xəta” anlayışı mövcud deyil. Lakin Konstitustiya Məhkəməsinin 4 senyabr 2018-ci il tarixili qərarı var. Həmin qərarda uzanan inzibati hüquqozuntusunun anlayışı verilib. Qərarda qeyd edilir: “Uzanan hüquqpozuntuları”nın əsas səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır”.

Qərardakı məqam daha aydın şəkildə izah etmək üçün, misal üçün əmək müqaviləsinə xitam zamanı son haqq-hesabın hesablanılmasını göstərək. İşəgötürən işçinin əmək müqaviləsinə xitam verir və sonuncu iş günü son haqq-hesabı (əmək haqqı, əmək haqqına əlavələr, əmək müqaviləsinin xitamı ilə bağllı müavinətlər, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və s.) ödəməyə borcludur. Lakin işəgötürən tərəfindən ödəniş həyata keçirilmir. Qeyd edilən pozuntu həmin məqamdan başlayır, ya işəgötürən, ya da Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həmin pozuntu aradan qaldırılana qədər uzanan inzibati xəta hesab edilir. Xətanı törədən şəxslə bağlı işçi 5 aydan sonra da dövlət qurumuna müraciət etdiyi halda, tərəfimizdən o fakt aşkar olunduğu halda həmin müddət inzibati xətanın aşkar olunan tarixdən başlayır. Yəni, inzibati xətanın törədildiyi vaxtdan yox, pozuntunun aşkar edildiyi tarixdən. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsindəki 3 aylıq müddət hesablanmağa başlanır.

Bu baxımdan İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə inzibati pozuntu, yəni əmək müqaviləsininin xitamı zamanı qanunvericiliyi pozaraq həyata keçirdiyi halda faktın aşkar olunduğu tarixdən 3 ay müddətində inzibati məsuliyyət tədbirləri həyata keçirilə bilər. Çünki nöqsan aradan qaldırılmayıbsa, davam edirsə, bu hal uzanan inzibati xəta hesab edilir.”

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın