İşəgötürən hansı işçilərə 30 gün məzuniyyət müddəti müəyyən etməlidir?

İşəgötürən hansı işçilərə 30 gün məzuniyyət müddəti müəyyən etməlidir?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Məzuniyyət günləri ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də hansı işçilərə 30 gün məzuniyyət müddətinin müəyyən olunmasıdır. Təcrübədə kifayət qədər hallara rast gəlmişik ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları yoxlamalar zamanı işçiyə düzgün məzuniyyət tətbiq olunmaması səbəbindən işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə uyğun olaraq cərimələr tətbiq ediblər. İndi isə Əmək Məcəlləsinin tələblərinə əsasən hansı işçlərə minimum 30 gün məzuniyyət verilməsi ilə bağlı tələbləri nəzərdən keçirək:
- Məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçuları;
Açıqlama: Bura dövlət qulluqçusu olan və məsul vəzifələrdə çalışan işçilər aiddir.

- Müəssisənin rəhbər işçiləri;
Açıqlama: Dövlət Statistika Komitəsinin hazırladığı məşğulluq təsnifatında qeyd edilir ki, idarəedicilər qrupuna başlıca vəzifələri dövlət siyasətinin istiqamətlərini müəyyənləşdirən və formalaşdıran, qanun və fərmanları hazırlayan və qəbul edən, onların işlənməsinə nəzarət edən, dövlətin adından təmsilçi funksiyalarını yerinə yetirən və onun adından fəaliyyət göstərən, müəssisə və təşkilatların, yaxud onların bölmələrinin fəaliyyətinin istiqamətlərini seçən, planlaşdıran və əlaqələndirən işçilərin peşə məşğulluğu daxil edilir. Bu qrupa uyğun gələn vəzifələrə direktor, onun müavinləri, şöbə və departament müdirlərini misal göstərmək olar.
- Müəssisənin mütəxəssisləri.  
Açıqlama: Dövlət Statistika Komitəsinin hazırladığı məşğulluq təsnifatında qeyd edilir ki, peşəkar mütəxəssislər qrupuna o peşələr daxil edilir ki, bunların çərçivəsində başlıca vəzifələrin yerinə yetirilməsi təbiət, həmçinin ictimai və humanitar elmlər sahəsində yüksək səviyyəli peşə biliyi tələb edir. Vəzifələr mövcud bilik həcminin artırılmasından, elmi nəzəriyyələrin inkişafından və praktiki istifadəsindən, bədii nümunələrin və əsərlərin yaradılmasından, habelə fəaliyyətin müxtəlif sahələrində cəmiyyət tərəfindən toplanmış biliklərə mütəmadi yiyələnməkdən ibarətdir.
Bu qrupa uyğun gələn vəzifələr çoxdur. Misal üçün, mühasiblər, maliyyə təhlilçiləri, kadrlar və peşə yönümü üzrə peşəkar mütəxəssislər, təlimlər və kadrlar üzrə peşəkar mütəxəssislər, ictimaiyyətlə əlaqələr üzrə peşəkar mütəxəssislər, proqram təminatı yaradıcıları, hüquqşünaslar və s.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Xəbərlər