İdxal forması təqdim etməli olan hansı vergi ödəyicilərinə istisna tətbiq olunması gözlənilir? (4-cü yazı)

İdxal forması təqdim etməli olan hansı vergi ödəyicilərinə istisna tətbiq olunması gözlənilir? (4-cü yazı)

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin şərhi

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət qurumları ilə müzakirəsini həyata keçirir. Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı hazırladığı silsilə yazıları təqdim edir.

 

1 yanvar 2022-ci il tarixdən bəzi vergi ödəyiciləri üçün idxal ediləcək mallar barədə malların gömrük nəzarətindən çıxdığı vaxtadək uçotda olduqları vergi orqanına məlumat forması göndərmələri vəzifəsi müəyyən edilib. Qeyd edək ki,  İqtisadiyyat Nazirliyi Kollegiyasının 6 saylı, 14 mart 2022-ci il tarixli qərarı ilə “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması” təsdiq olunub.

Ötən il Vergi Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı həmkarlarımızın narazılığına səbəb olan məsələlərdən biri idxal forması təqdim edilməsində istisnanın yalnız neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərinə şamil edilməsi idi. Maraqlıdır ki, 1 yanvar 2023-cü ildən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərdə istisnaların əhatə dairəsinin genişləndirilməsi təklif edilir. Təklifə əsasən, aşağıdakı vergi ödəyicilərinin idxalla bağlı məlumat forması göndərməsinə ehtiyac olmayacaq:

  • neft-qaz sahəsində fəaliyyəti olan;
  • dövlət sektoruna aid edilən;
  • “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən;
  • Vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olan və malları həmin təsərrüfat subyektinə boşaldan vergi ödəyiciləri.

Beləliklə, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsi aşağıdakı redaksiyada təklif olunur:

 

Maddə 16. Vergi ödəyicisinin vəzifələri

16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:

16.1.11-11. neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək uçotda olduğu vergi orqanına vermək:

16.1.11-11.1. mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə;

16.1.11-11.2. mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;

16.1.11-11.3. mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə;

Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab edilir.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər