Dövlət Vergi Xidməti vergi haqqında nağıl yazanlar üçün müsabiqə elan etdi

Dövlət Vergi Xidməti vergi haqqında nağıl yazanlar üçün müsabiqə elan etdi

Müsabiqədə qalib gəlmiş nağıllar müxtəlif elektron və dövri nəşrlərdə dərc olunacaq

Əziz uşaqlar!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergilərin əhəmiyyəti və vacibliyi barədə nağıllar” yazı müsabiqəsində iştirak etməyə dəvət olunursunuz.

Müsabiqədə qalib gəlmiş nağılların (komikslər, manqalar və s.) seçilərək Dövlət Vergi Xidməti tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar müxtəlif elektron və dövri nəşrlərdə dərc olunacaq.

Qeyd olunan mövzuda nağılları (komikslər, manqalar və s.) 15.05.2024-cü il tarixinədək [email protected] e-mail ünvanı vasitəsilə Dövlət Vergi Xidmətinə təqdim etməyiniz xahiş olunur.

Mətn:

- “Vergilər” mövzusunda olmalı;

- Azərbaycan, rus və ya ingilis dilində yazılmalı;

- İki vərəqdən çox olmamalıdır.

Müraciətdə nağılın müəllifinin adı, soyadı və atasının adı, təhsil aldığı müəssisə, yaşadığı ünvan qeyd olunmalıdır.

Müsabiqədə orta məktəb şagirdləri iştirak edə bilərlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər