PMS Sertifikatı (II mərhələ) imtahanlarında 10 ballıq tapşırıq üzrə alış aktı və ya nəzarət-kassa aparatı çeki ilə alınan malların gəlirdən çıxılması halı

PMS Sertifikatı (II mərhələ) imtahanlarında 10 ballıq tapşırıq üzrə alış aktı və ya nəzarət-kassa aparatı çeki ilə alınan malların gəlirdən çıxılması halı

Satışı davam edən PMS Sertifikatı (III nəşr) kitabından seçmə

...
Yeddinci hal. 1 yanvar 2024-cü il tarixdən alış aktı və ya nəzarət-kassa aparatı çeki ilə alınan malların gəlirdən çıxılması ilə bağlı tələblər müəyyən edilib. Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır. 
Maddədən göründüyü kimi, alış aktı ilə alınan bəzi mallarla bağlı istisnalar müəyyən edilib:
- “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar (kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınan kənd təsərrüfatı məhsulları, əlvan və qara metal qırıntıları, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları, utilizasiya məqsədləri üçün işlənmiş şinlər və xam dəri);
- daşınmaz əmlak;
- avtomobil nəqliyyatı vasitələri;
- daşınar əsas vəsaitlər.
Misal üçün, vergi ödəyicisi vətəndaşlardan 30 000 manat məbləğində nəqliyyat vasitəsi və 2 000 manat məbləğində ehtiyat hissəsi alıb. Bu halda vətəndaşdan alınan 30 000 manatlıq nəqliyyat vasitəsinin dəyəri Vergi Məcəlləsinin 109.8-ci maddəsində təsbit olunmuş maksimum tələbə uyğun olmayacaq. Amma 2 000 manatlıq ehtiyat hissəsinin dəyərinin gəlirdən çıxılması Vergi Məcəlləsinin 109.8-ci maddəsinin tələblərinə uyğundur.
Nəzarət-kassa aparatının çekinə gəlincə isə, maddədə müəyyənləşdriilən norma çərçivəsində vergi ödəyicisi gəlirdən çıxılan xərcə salmaq qarşı tərəfdən müqavilə, elektron qaimə-faktura və s. tələb etməyəcək, aldığı NKA çeki yetərli olacaq. 
Mİsal. Vergi ödəyicisi il ərzində vətəndaşlardan alış aktı ilə 20 000 manat məbləğində əsas vəsait hesab edilməyən tikinti materialları əldə edib. Həmçinin, il ərzində NKA çeki ilə 10 000 manat məbləğində mallar alıb. Vergi ödəyicisinin il ərzində gəlirləri 400 000 manat, xərcləri isə 300 000 manat olub. Bu zaman vergi ödəyicisi həm alış aktları, həm də NKA çekləri üzrə ayrıca 2 faizlik hədd, yəni 8 000 manat (400 000 manat (gəlir) x 2 faiz (icazə verilən hədd) tətbiq edəcək. Vergi ödəyicisi həm vətəndaşlardan alış aktı ilə alınan 20 000 manatın, həm də NKA çeki alınan 10 000 manatın yalnız 8 000 manatını gəlirdən çıxılan xərclərə aid edə biləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər