Konstitusiya Məhkəməsi əmək müqaviləsinə xitam zamanı ödənilən məbləgin gəlir vergisinə cəlb edilməsi barədə şərh verdi (İZAH)

Konstitusiya Məhkəməsi əmək müqaviləsinə xitam zamanı ödənilən məbləgin gəlir vergisinə cəlb edilməsi barədə şərh verdi (İZAH)

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair işə baxıb.  Məhkəmə materiallarında görünür ki,  “Taghiyev Operating Company” Məhdud Məsuliyyətli Cəmiyyəti  işçi qüvvəsinin optimallaşdırılması və neft-qaz əməliyyatlarının iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə “İşdən könüllü surətdə azad olunma proqramı 2023” adlı proqram qəbul edib. Həmin proqrama əsasən hər hansı işçi öz arzusu ilə əmək müqaviləsinin ləğv edilməsi (işdən çıxma) barədə ərizə ilə müraciət etdiyi təqdirdə, son haqq-hesablarına əlavə olaraq, aldığı əmək haqqının on iki misli miqdarında birdəfəlik kompensasiya almaq hüququ qazanırmış. İşçi həmin proqramdan istifadə etdiyi zaman onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilib. İşçiyə əmək haqqının on iki misli miqdarında  13 083,0 manat məbləğində 12 aylıq əmək haqqı miqdarında vəsait ödənilmiş və həmin vəsaitdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq 3 051,32 manat gəlir vergisi tutulub. 

İşçi hesab edir ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin dördüncü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyi üçün ondan gəlir vergisi hesablanmamalıdır.  Bu səbəbdən də,  işçi Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə istinadən ona ödənilən vəsaitdən gəlir vergisinin tutulmasını qanunsuz hesab edərək, “Taghiyev Operating Company” MMC-yə qarşı “müavinətin tam ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilə bilməz.

Beləliklə,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, aşağıdakı qərarını açıqlayıb:

  1. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.)  hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.
  2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
  3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
  4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Qərardan göründüyü kimi, Əmək Məcəlləsində işdən çıxma zamanı ödənilməsi məcburi yəni imperativ nəzərdə tutulmayan ödənişlər işdənçıxma müavinəti hesab edilmədiyi üçün, həmin ödənişdən gəlir vergisinin tutulması ümumi qaydada həyata keçirilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər