“Yüksəliş” müsabiqəsində iştirakçıların 43.72 faizi növbəti mərhələyə keçib
Universitetlər üzrə ən yüksək nəticəni Azərbaycan Dövlət İqtisad Universiteti göstərib
“Yüksəliş” müsabiqəsi iştirakçılarının səbirsizliklə gözlədiyi onlayn mərhələnin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlandı.
İmtahanda iştirak edən 9784 nəfərdən 4278 nəfəri onlayn mərhələnin növbəti turunda iştirak etməyə haqq qazandı. İmtahanı uğurla başa vuran iştirakçılardan 3420 nəfəri kişi, 858 nəfəri isə qadındır. Namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Bakalavriat dərəcəsi üzrə universitetlərə qəbul ballarına nəzər saldıqda 500 baldan yüksək toplayan namizədlərin üstünlük təşkil etdiyi müşahidə olunur. Universitetlər üzrə ən yüksək nəticəni Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, ADA Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının bakalavriat dərəcəsinin məzunları göstəriblər.
Qeyd edək ki, “Ümumi biliklər imtahanı” üçün təyin olunan keçid balı 60 idi. Ötən illərdən fərqli olaraq, builki müsabiqənin onlayn mərhələsi “Ümumi biliklər imtahanı” və “CV turu” olmaqla 2 hissədən ibarətdir. İmtahanı uğurla başa vuran 4278 nəfər may ayının 1-dən 10-dək davam edəcək CV turunda iştirak etməyə haqq qazanıblar.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr) - SATIŞI davam edir
4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir
5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir
6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA
7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr) - 9 APREL TARİXİNDƏN SATIŞDA
8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA
9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda
10. Əmək Bələdçisi - 2024 - May ayından satışda
11. Vergi Platforması - 2024 - May ayından satışda satışda
12. PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda
13. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda
0 Komment
Şərh yazın