İşə qəbul zamanı tələb edilən tibbi arayışın elektron formada təqdim edilməsinin vaxtı müəyyən edildi

İşə qəbul zamanı tələb edilən tibbi arayışın elektron formada təqdim edilməsinin vaxtı müəyyən edildi

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov: "Beynəlxalq təcrübə göstərir ki, arayışların əldə edilməsi üçün icbari tibbi sığorta təminatına daxil edilmir"

“Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq”. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Elektron tibbi arayış” xidmətinin təqdimatı mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, elektronlaşma ilə tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq: “Əvvəllər kağız üzərində arayış növbələrə səbəb olurdu. Vətəndaşlar hazır olanda onu almaq üçün bir dəfə də tibb müəssisəsinə gəlməli olurdular. Bu həm də kağıza qənaət deməkdir. COP29-un keçiriləcəyi ərəfədə hesab edirəm ki, bu elektronlaşma səmərəli olacaq”.

V.Qurbanov bildirib ki, bu gün ən çox müraciət olunan arayışlar - işə qəbul zamanı, təhsil müəssisələrinə daxil olanlar üçün sağlamlıq haqqında tibbi arayışlar və sürücülük vəsiqəsi əldə etmək üçün sürücülüyə yararlı olmaq haqqında tibbi arayışlardır: “Ötən ilin statistikasına nəzər salaq, tabeli tibb müəssisələrimizdə 28 min 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 min 404 vətəndaşa isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub. Beynəlxalq təcrübə göstərir ki, arayışların əldə edilməsi üçün tələb olunan tibbi xidmətlər tibbi göstəriş əsasında olmadığı və profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil edilmir. Bu baxımdan, sürücülük vəsiqəsi əldə etmək üçün arayış, sağlamlıq haqqında tibbi arayışlar, obliqat qrupların peşə ilə bağlı xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmə ilə bağlı arayışlar və s. ödənişli əsasla icra edilir”.

V. Qurbanov əlavə edib ki, mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq: “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub, prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunub”.
TƏBİB rəhbəri qeyd edib ki, icbari tibbi sığorta sosial yönümlü layihə olduğundan 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir. Habelə, Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin edilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər