“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun videokonfrans formatında iclası keçirilib. Görüşdə Dövlət Vergi Xidməti ilə yanaşı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və ölkənin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva 2022-2023-cü illərdə qrup tərəfindən həyata keçirilmiş işlər və layihələr, habelə iclasın gündəliyində olan əsas məsələlər barədə məlumat verib, ötən müddət ərzində görülən işlərin səmərəli olduğunu qeyd edib.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev işçi qrupun aktiv fəaliyyət göstərdiyini və biznesin qeydiyyatı sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıb, biznes sektorunun hüquqi şəxslərin qeydiyyatı sahəsində aparılan islahatlar və qanunvericilikdə gözlənilən yeniliklər barədə daha intensiv şəkildə məlumatlandırılmasının zəruriliyini vurğulayıb.
Sonra "Business Ready" hesabatının “Biznesə daxilolma” indikatoru üzrə qeyd olunan tapşırıqların icra vəziyyətinin, hesabatın müvafiq indikatorunun sualları üzrə dövlət və özəl sektorun cavabları arasındakı fərqli məqamların müzakirəsi aparılıb. İşçi qrupun üzvü, DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb. Görüşdə məlumatlandırma, təbliğat və təşviqat işlərinin həyata keçirilməsi üzrə kommunikasiya planı barədə məlumat verilib.
İclas iştirakçıları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi və ölkəmizin konsulluqları tərəfindən rəsmi sənədlərin leqallaşdırılması məqsədilə “Konsul leqallaşdırılması” informasiya sisteminin təsis edilməsi, leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektron notariat” informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsinin hazırlanması və bu məqsədlərlə proqram təminatlarının yaradılması istiqamətində görülmüş işləri müzakirə ediblər.
İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Yol Xəritəsi çərçivəsində bir sıra layihələr üzrə nəticələrin müsbət olduğunu bildirib, xüsusən xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası istiqamətində nəzərdə tutulan işlərin proqressivliyi barədə məlumat verib.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bir sıra dəyişikliklərin ölkəmizdə biznesin qeydiyyatı sahəsində yeniliklər gətirəcəyi bir daha vurğulanıb. 2024-cü ildə proseslərin başa çatdırılması üçün zəruri olan işlər üzrə səylərin artırılması və işçi qrup tərəfindən əlavə dəstəyin verilməsi tövsiyə edilib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr) - SATIŞI davam edir
4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir
5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir
6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA
7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr) - 9 APREL TARİXİNDƏN SATIŞDA
8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA
9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda
10. Əmək Bələdçisi - 2024 - May ayından satışda
11. Vergi Platforması - 2024 - May ayından satışda satışda
12. PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda
13. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda
0 Komment
Şərh yazın