Dövlət Əmək Müfətişliyi Xidməti son vaxtlar hansı pozuntulara görə cərimələr tətbiq edir? (3 HAL)

Dövlət Əmək Müfətişliyi Xidməti son vaxtlar hansı pozuntulara görə cərimələr tətbiq edir? (3 HAL)

9 aprel 2024-cü il tarixdən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Təcrübədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ən çox tətbiq edilən cərimə işçinin son haqq-hesabının vaxtında ödənilməməsi ilə bağlıdır.
Mİsal. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinə 29 mart 2024-cü il tarixdə xitam verilsə də, işəgötürən son haqq-hesab üzrə ödənişi 1 aprel 2024-cü il tarixdə həyata keçirib. Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinə əsasən, işəgötürən son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verməlidir. Dövlət qurumu da bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslərə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə tətbiq edir.
Digər inzibati cərimə isə işçinin tabel uçotu göstəricilərinə görə tətbiq edilir. Dövlət qurumu tərəfindən işəgötürəndən tələb edilən sənədlərdən məlum olur ki, bayram günü işçinin iş saatlarında 1 saat azaldılma həyata keçirilməyib. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Sənəd işəgötürən tərəfindən təqdim edildikdə məlum olur ki, 7 mart 2024-cü il tarixdə işçinin iş saatı 7 saat yox, 8 saat qeyd edilib. Dövlət qurumu hesab edir ki, işçi həmin gün əlavə 1 saat işlədiyinə görə işçiyə əlavə ödənişlər hesablanmalı idi. Bu səbəbdən də, dövlət qurumu tərəfindən işəgötürənə İnzibat Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati cərimə tətbiq edilə bilər.
Ən çox tətbiq edilən cərimələrdən biri də işəgötürən tərəfindən işçiyə əsas məzuniyyət günlərinin düzgün tətbiq edilməməsi və ya istifadə edilməmiş məzuniyyətinə görə kompensasiyanın hesablanmaması halı ilə bağlıdır. Dövlət qurumu tərəfindən tələb olunan siyahıda çalışdığı dövr üzrə əmək məzuniyyətlərin verilməsi ilə bağlı sənədlər (ərizələr, əmrlər, ödənişi təsdiq edən sənədlər və s.) istənilir. İşəgötürən tərəfindən təqdim edilən sənədlərə əsasən işçinin əsas məzuniyyəti günlərinin düzgün müəyyən edilməməsi və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməməsi müəyyən olunarsa, bu zaman dövlət qurumu tərəfindən 192.5-ci maddəyə uyğun olaraq, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə tətbiq edilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər