Vahid Bəyannamədə işçiyə hesablanan məzuniyyət haqqı necə əks olunmalıdır?

Vahid Bəyannamədə işçiyə hesablanan məzuniyyət haqqı necə əks olunmalıdır?

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

 

İndi isə vahid bəyannamənin doldurulmasında rast gəlinən xüsusi hallar üzrə prosesləri misallar üzərində nəzərdən keçirək. İzahat bir işçi üzrə veriləcək ki, proses daha aydın olsun, çünki bəyannamədə hər işçi üzrə məlumatlar eyni qayda ilə tərtib olunur.

Mİsal. Beşgünlük iş rejimində çalışan, aylıq əmək haqqı 500 manat olan işçi 27 yanvar 2020-ci il tarixdən 11 günlük məzuniyyət hüququndan istifadə edib və 7 fevral 2020-ci tarixdə işə başlayıb.  İşçiyə hesablanan cəmi 180,92 manatlıq məzuniyyət haqqının 82,24 manatı yanvar, digər hissəsi - 98,68 manatı isə fevral ayına təsadüf edir.  Qeyd edək ki, işçi 11 gün məzuniyyətdə olduğu dövrdə 2 gün şənbə və bazar gününə təsadüf etdiyindən o, yanvar və fevral ayında müvafiq olaraq 5 və 4 iş günü işləməyib.

Deməli, işçinin əmək haqqı aylar üzrə aşağıdakı kimi olub:

- 18 iş günü olan yanvar ayı üzrə əmək haqqı – 443,35 manat (361,11 manat (yanvar ayının 13 iş gününə hesablanan əmək haqqı) + 82, 24  manat (yanvar üzrə məzuniyyət haqqı));

- 20 iş günü olan fevral ayı üzrə əmək haqqı -    498.68 manat (400 manat (fevral ayının 16 gününə hesablanan əmək haqqı) + 98,68 manat (yanvar üzrə məzuniyyət haqqı));

- 16 iş günü olan mart ayı üzrə əmək haqqı – 500 manat.

İndi isə göstəricilər üzrə məlumatların vahid bəyannamədə necə qeyd edilməsini nəzərdən keçirək. Hesabatın ilk səhifəsində iş günləri 2020-ci ilin istehsalat təqviminə uyğun qeyd edilir.

İşçinin aylar üzrə əmək haqqı göstəriciləri daxil edildikdə, əmək haqqı ilə yanaşı, məzuniyyət haqqı nəzərə alınmaqla cəmi məbləğ qeyd edilməlidir. “Faktiki iş günlərinin sayı” bölməsində işçinin faktiki işlədiyi günlərin sayı qeyd olunmalıdır:

            Şəkildən göründüyü kimi, yanvar və fevral aylarında müvafiq olaraq 18 və 20 iş günü olmasına baxmayaraq, işçinin məzuniyyətdə olması səbəbindən 13 (18-5) və 16 (20-4) faktiki iş günləri qeyd edilib.

Növbəti hissə - “İşçinin işləmədiyi iş günləri haqqında məlumat” bölməsi növbəti səhifədəki kimi doldurulmalıdır:

Məlumatlardan göründüyü kimi işçinin işlədiyi günlərlə işləmədiyi günlərin cəmi iş günlərinin sayına bərabər olmalıdır:

Yanvar ayı üzrə - cəmi 18 gün (13 gün (işlədiyi günlərin sayı) + 5 gün (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı);

Fevral ayı üzrə - cəmi 20 gün ((16 gün (işlədiyi günlərin sayı) + 4 gün (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı);

Mart ayı üzrə - cəmi 16 gün (işlədiyi günlərin sayı);

Rüb üzrə  - cəmi 54 gün ((45 gün (işlədiyi günlərin sayı)+ 9 gün  (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı).

Əgər aylar üzrə iş günlərinin cəmində fərqlilik yaransa, bəyannamənin yoxlanılması zamanı aşağıdakı şəkildə, xəta bildirişi çıxacaq.

İş günləri ilə bağlı misala keçməşdən öncə bildirək ki, məlumatların bu şəkildə daxil edilməsi vergi orqanının kameral yoxlaması zamanı uyğunsuzluqların aşkara çıxarmasının qarşısını alacaq. Çünki bəzən məzuniyyətdə olması səbəbindən işçinin maaşının elektron reyestrdəki əmək haqqından az olması barədə kameral uyğunsuzluqla bağlı məlumatlar daxil olurdu. Artıq vergi ödəyicisinin vahid bəyannamədə təqdim etdiyi məlumatlar imkan verəcək ki, işçinin hansı səbəbdən iş günlərini tam işləmədiyi aydın olsun.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər