Bazar ertəsi, 04 İyul 2022 06:04

“Təsdiqlənməmiş azalma” hansı halda baş verir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi orqanı kameral vergi yoxlaması zamanı hesablanan əlavə vergi məbləğini vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işləyir. Qeyd edək ki, bu zaman şəxsi hesabda borcun işlənməsi “KYB” təsnifatı altında aparılır. Həmçinin, vergi orqanı əlavə verginin hesablanması zamanı borc yarandıqda vergi ödəyicisinin bank hesabına sərəncam göndərir. Bundan əlavə, vergi ödəyicisinin cari vergi ödənişləri əlavə verginin hesablanması zamanı yaranan borcların silinməsinə yönəldilir.

Mümkündür ki, vergi ödəyicisi dəqiqləşdirilmiş bəyannamə verməklə, hesablanan əlavə verginin azalmasına nail olmağa çalışsın. Amma vergi orqanı kameral vergi yoxlaması zamanı hesablanan vergi məbləğini azaltmır, dəqiqləşdirilmiş bəyannamə verən zaman yaranan azalma məbləğini şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma” bölməsində qeyd edir. O səbəbdən də, vergi ödəyicisinin borcu alınması ilə bağlı tədbirlər həyata keçirir.

Vergi orqanı vergi ödəyicisinin şikayəti ilə bağlı tələb olunan sənədlərin araşdırılması məqsədilə bəzi hallarda müddətin 90 günə qədər uzadılması haqqında qərar çıxardır. Həmin müddətə qədər hesablanan əlavə vergi məbləği şəxsi vərəqəyə işlənilir və vəsait bank hesabında dondurulur.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın