Yeni dəyişiklikdən sonra fərdi sahibkar digər fəaliyyətlə məşğul olduqda güzəşt hüququ necə tənzimlənir? (3 MİSALLA İZAH)

Yeni dəyişiklikdən sonra fərdi sahibkar digər fəaliyyətlə məşğul olduqda güzəşt hüququ necə tənzimlənir? (3 MİSALLA İZAH)

Satışı davam edən "Vergi Məcəlləsi 2025" kitabından seçmə

Həmkarlarımızı maraqlandıran məsələrdən biri də vergi ödəyicisinin Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə qeyd edilən fəaliyyətlərlə yanaşı, digər fəaliyyətlərlə də məşğul olmasıdır. Vergi Məcəlləsinə əlavə edilən 102.9-cu maddənin ikinci abzasına əsasən,  Bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Maddənin tələblərini misalla izah edək.
Mİsal 1. Maşın təmiri ilə məşğul olan vergi ödəyicisi həm də özünün sosial şəbəkəsində reklam xidməti göstərir. İl ərzində fərdi sahibkarın maşın təmiri və reklam xidmətindən gəlirləri müvafiq olaraq (xərclər nəzərə alınmadan) 30 000 və 12 000 manat təşkil edib. Göründüyü kimi vergi ödəyicisinin il ərzində  gəliri 42 000 manat, yəni 45 000 manatdan az olub. Amma vergi ödəyicisi gəlir vergisinə 75 faiz güzəşt tətbiq edə bilməyəcək. Çünki maşın təmiri ilə bağlı fəaliyyətdən əldə etdiyi illik gəlirin illik ümumi gəlirlərdə xüsusi çəkisi 71.42 faiz ((30 000 manat (maşın təmiri üzrə gəlir) / 42 000 manat (ümumi gəlir)) təşkil edir.  Vergi ödəyicisinin  Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan reklam xidmətindən əldə etdiyi illik gəlirinin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olduğuna görə ona 75 faizlik güzəşt tətbiq edilməyəcək.

Mİsal 2.  Fərdi sahibkar məişət texnikalarının təmiri ilə yanaşı, kuryer fəaliyyəti həyata keçirir. Vergi ödəyicisinin məişət texnikası təmiri üzrə illik gəliri (xərclər nəzərə alınmadan) 15 000 manat, kuryer fəaliyyəti üzrə illik gəliri isə 35 000 manat olub. Vergi ödəyicisinin Vergi Məcəlləsinin  102.1.30-1-ci maddəsində nəzərdə tutulan kuryer fəaliyyəti üzrə gəlirinin ümümi gəlirlərində xüsusi çəkisi 50 faizdən çoxdur: 70 faiz (35 000 manat (kuryer fəaliyyət üzrə gəlir) / 50 000 manat (ümumi gəlir)).  Amma vergi ödəyicisinin ümumi illik gəliri 50 000 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan 45 000 manatlıq həddən yuxarıdır. Bu səbəbdən də, fərdi sahibkarın Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan kuryer fəaliyyəti üzrə gəliri umumi gəlirlərinin 50 faizindən çox və 45 000 manatdan az olsa da, ümumi gəliri 50 000 manat olduğundan 20 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcək. Bu halda vergi ödəyicisinə 75 faizlik güzəştin tətbiq edilməmə səbəbi onun illk gəlirinin 50 000 manat olmasıdır.

Mİsal 3. Fərdi sahibkarın 2025-ci il üzrə çilingər xidməti üzrə gəliri (xərclər nəzərə alınmadan) 20 000 manat olub, həmçinin turizm bələdçiliyi üzrə gəliri (xərclər nəzərə alınmadan) 22 000 manat olub. Vergi ödəyicisinin göstərdiyi xidmət - turizm bələdçiliyi Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin siyahısında var. Vergi ödəyicisinin turizm bələdçiliyi üzrə gəlirinin ümumi gəlirlərdə xüsusi çəkisi 52,38 faiz (22 000 manat (turizm bələdçiliyi üzrə) / 42 000 manat (iki fəaliyyət üzrə cəmi gəliri)) təşkil etdiyi üçün ona 75 faiz güzəşt tətbiq ediləcək. Beləliklə, vergi ödəyicisinin ümumi gəliri olan 42 000 manatlıq gəlir üzrə xərclər çıxıldıqdan sonra 75 faiz güzəşt tətbiq ediləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər