PMS Sertifikatı imtahanında gəlirdən çıxılması xüsusi çəki ilə müəyyən edilən xərclər necə hesablanılır?

PMS Sertifikatı imtahanında gəlirdən çıxılması xüsusi çəki ilə müəyyən edilən xərclər necə hesablanılır?

Satışı davam edən "PMS Sertifikatı - II mərhələ" (III nəşr) kitabından seçmə

3.2. Gəlirdən çıxılması xüsusi çəki ilə müəyyən edilən xərclər

Vergi Məcəlləsinin 108.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.
Vergi Məcəlləsinin 108.2-ci maddəsi üzrə xərclərin xüsusi çəkisinin müəyyən edılməsi halı vergi ödəyicisinin vergiyə cəlb edilən əməliyyatlaarı ilə yanaşı digər əməliyyatlarına da (azad olunan, cəlb edilməyən, qeyri-sahibkarlıq fəaliyyəti ilə əməliyyat apardığı hallara) şamil edilir.
Misal. Kənd təsərrüfatı istehsalçısı olan vergi ödəyicisi pərakəndə satış fəaliyyəti ilə də məşğul olur. Vergi ödəyicisinin kənd təsərrrüftı istehsalı üzrə  300 000 manat, pərakəndə satış fəaliyyəti üzrə isə 200 000 manat gəlirləri olub. Vergi ödəyicisinin 6 000 manatlıq kommunal xərci hər iki fəaliyyət üzrə istifadə edildiyindən bölüşdürülməsi mümkün olmayan xərcdir. Bu halda ilk növbədə vergiyə cəlb edilən gəlirin xüsusi çəkisini tapmaq lazımdır. Vergiyə cəlb edilən gəliri (200 000 manat) ümumi gəlirə (500 000 manat) bölərək xüsusi çəkinin 40 faiz olduğunu müəyyən edirik. Deməli, gəlirdən çıxılan kommunal xərc 2 400 manat (6 000 manat x 40 faiz) olacaq.
Bölmə ilə bağlı yekunda mənfəət (gəlir) vergisinin ödənməsi ilə bağlı suallarda Vergi Məcəlləsinin 151-ci maddəsinin tələblərinə uyğun hesablanaraq ödənilən cari vergi ödəmələrini nəzərə almaq lazımdır.
Misal. 2022-ci ilin vergi bəyannaməsinə əsasən, 12 000 manat məbləğində mənfəət (gəlir) vergisi hesablanıb. Vergi ödəyicisi 2022-ci ildə 8 000 manat cari vergi ödəmələri hesablayaraq ödəyərsə, o zaman yekun ödəniləsi mənfəət vergisi 4 000 manat (12 000 – 8000) olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər