ƏLA YENİLİK! DSMF tərəfindən proaktiv qaydada ilk ödəniş həyata keçirildi

ƏLA YENİLİK! DSMF tərəfindən proaktiv qaydada ilk ödəniş həyata keçirildi

Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayevin "Sosial saat" verilişində qeyd etdiyi məlumata əsasən, Ağdaş rayonunun sakini Simuzər xanıma hesablanan sosial məzuniyyətin (hamiləliyə və doğuşa görə müavinət) ödənişi proaktiv qaydada həyata keçirilib.

Qeyd edək ki, DSMF tərəfindən proaktiv qaydada ödənişin həyata keçirilməsi zamanı işəgötürənin dövlət qurumuna hər hansı müraciəti tələb olunmur. İşçiyə təqdim edilən elektron xəstəlik vərəqəsi və işəgötürənin ƏMAS altsistemində hazırladığı sosial məzuniyyət əmri əsasında hamiləliyə və doğuşa görə müavinət avtomatik olaraq işçinin bank hesabına ödənilir.

Məlumat üçün bildirək ki, mayın 5-də saat 19:00-da keçiriləcək "Məzuniyyətin uçotu: A-dan Z-yə" mövzusunda tematik təlimdə 189 saylı qərarla tənzimlənən müavinətlərin hesablanması qaydası ilə ətraflı məlumat veriləcək. Tematik təlimdə iştirak etmək üçün 050-368-12-72 nömrəli telefonla (WhatsApp üzərindən də əlaqə saxlamaq mümkündür) əlaqə saxlaya bilərsiniz.

0 Komment

    Şərh yazın

    Xəbərlər