Hansı kassa sənədləri ciddi hesabat blankı hesab olunur?

Hansı kassa sənədləri ciddi hesabat blankı hesab olunur?

Sual: Salam! Yaza bilərsinizmi hansı səbəbdən kassa mədaxil orderi ciddi hesabat blankına aid edilir, onu almaq üçün sifarış etmək lazımdır. Amma kassa məxaric orderi belə deyil, onu kassa kitabı kimi hər yerdən almaq olar? Əvvəlcədən öz təşəkkürümü
bildirirəm!
Oksana Xanseyidli
 
Cavab: - Bildirim ki, ciddi hesabat blanklarının formaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 22.12.2005-ci il tarixli İ-163 saylı əmrlə təsdiq olunmuşdur. Həmin əmrə əsasən, kassa mədaxil orderləri ciddi hesabat blankı sayılır. Amma əmrdə kassa məxaric orderinin adı və forması yoxdır. Odur ki, bu sənəd ciddi hesabat blankı sayılmır. Qaldı kassa mədaxil orderlərinin əldə edilməsinə, onu kassa kitabı kimi hər yerdən deyil, ancaq lisenziyalı mətbəələrdən almaq mümkündür.
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər