Rəsmi məktubun hazırlanması zamanı hansı məqamlara diqqət yetirmək lazımdır?

Rəsmi məktubun hazırlanması zamanı hansı məqamlara diqqət yetirmək lazımdır?

Satışı davam edən “A-dan Z-yə:Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Rəsmi yazışmalar işgüzar ünsiyyətin tərkibində xüsusi yer tutmaqla kor­porativ mühitdə peşə etikasının formalaşmasında əvəzsiz rol oynayır. Təşkilati və hüquqi formasından asılı olmayaraq istənilən təşkilatda sənəd dövriyyəsinin əsas hissəsini rəsmi məktublar təşkil edir. Məktublar təşkilatın xarici aləmlə - tərəfdaşlar, dövlət qurumları, müştərilər - əlaqələrinin qurulmasının başlıca şərtidir. Heç kəsə sirr deyil ki, bütün böyük əməkdaşlıqlar, əməliyyatlar məhz yazışmalarla başlayır. Ona görə də məktubun düzgün tərtibi və rəsmiləşdirilməsi onu alan korrespondent təşkilatda müsbət təəssürat yaradır. Bu bölmədə işgüzar yazışmaların mahiyyəti və onun düzgün aparılması ilə barədə məlumat verilib.

Hər bir məktuba fərdi yanaşmaq lazımdır, çünki sənədin xaraketrinə çoxlu amillər, məsələn, onun göndərənin kimliyi, ünvanı, vəzifəsi, ən əsası situasiya təsir edir. Məktubu göndərməzdən əvvəl bəzi mühüm məsələlərə diqqət yetirmək lazımdır. Birincisi, məktubun tipi (müşayiət, təminat, xəbərdarlıq, bildiriş və sair) müəyyənləşdirilməlidir. İkincisi, bilmək lazımdır ki, məktub təqdimat xarakterlidirmi, ondan cavab gözləyirikmi və sair. Daha sonra məktubun təcili olub-olmaması dəqiqləşdirilməlidir. Əgər təcilidirsə, onu ya poçt vasitəsilə, sifarişlə, ya da e-maillə göndərmək məqsədəuyğundur.

İşgüzar yazışmanın aparılması qaydası qanunvericiliklə müəyyən olunmasa da, müəyyən sənədlər və şablonlar var ki, onlara əsaslanıb, rəsmi məktubu tərtib etmək olar. Azərbaycanın da qəbul elədiyi dövlətlərarası standarta görə, rəsmi məktub aşağıdakı struktura uyğun olmalıdır:

-              Göndərən təşkilatın adı;

-              Tarix;

-              Məktubu alan (təşkilat, fiziki şəxs, qurum);

-              Məktubun girişi, müraciət forması;

-              Məktubun məqsədi;

-              Əsas mövzusu;

-              Nəzakətli yekun;

-              İmza;

-              Qoşma haqqında qeyd (əgər varsa).

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər