Altay Cəfərovun təqdimatında: Bələdiyyəyə nə qədər vergi ödəməliyik? Qaydalar, məbləğlər

Son zamanlar bələdiyyələrin aktivləşməsi, bələdiyyə vergilərinin toplanması ilə bağlı tədbirlərin genişləndirilməsi müşahidə edilir. Ancaq əhali arasında bu istiqamətdə məlumatlılığın təmin edilməməsi səbəbindən onlarda xeyli suallar yaranıb. Bələdiyyələr əmlak və torpaq vergisini necə hesablayırlar? Vətəndaşlar vergiləri vaxtında ödəmədikdə bələdiyyələr hansı addımları ata bilərlər? Bütün bu suallara cavab tapmaq üçün əvvəlcə bələdiyyələr tərəfindən əmlak və torpaq vergisinin hesablanmasının qanunvericilik bazasını aydınlaşdıraq.

Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, yerli vergilər, yəni bələdiyyə vergiləri aşağıdakılardır:

- Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda, fiziki şəxslərin torpaq vergisi;

- Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda, fiziki şəxslərin əmlak vergisi;

- Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Vergi məbləğləri

vergiler.az”ın suallarına cavab olaraq, vergi mütəxəssisi, sərbəst auditor Altay Cəfərov əmlak vergisinin hesablanması və ödənilməsi qaydalarına aydınlıq gətirib.

A.Cəfərov bildirib ki, əmlak vergisinin hesablanması Vergi Məcəlləsinin 198 və 200-cü maddələri ilə tənzimlənir. Eləcə də hesablama zamanı Bakı şəhərindəki əmlaklar üçün istifadə edilən zonalar üzrə əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarına uyğun müəyyən olunur.

Vergi Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:
- onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - binaların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq edilir (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):

Yaşayış məntəqələri Fiziki şəxsin xüsusi mülkiyyətində olan
  yaşayış və qeyri-yaşayış sahələri
(manatla)
Bakı 0,4
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0,2
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0,1

A.Cəfərov bildirib ki, vətəndaşlara Bakı şəhərində bələdiyyələr tərəfindən əmlak vergisi hesablanan zaman zonalar üzrə əlavə əmsallar tətbiq edilir: “Həmin əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarı ilə müəyyən olunub və Bakı şəhəri 12 zonaya bölünüb. Paytaxtda 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir. Ən yüksən zona birinci, ən aşağı isə 12-ci zonadır”.

Həmin Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar aşağıdakı cədvələ uyğun müəyyən edilir:

Bakı şəhəri üzrə

Zonalar

Əmsallar

1

1,50

2

1,40

3

1,30

4

1,20

5

1,10

6

1,00

7

0,95

8

0,90

9

0,85

10

0,80

11

0,75

12

0,70

Nə qədər əmlak vergisi ödəməliyik?

A.Cəfərov bu əmsallar nəzərə alınmaqla Bakıda və digər regionlarda xüsusi mülkiyyətdə olan evlərə və mənzillərə görə əmlak vergisinin hesablanması qaydasını da açıqlayıb: “Tutaq ki, vətəndaşın Bakı şəhərində 1-ci zonada (şəhərin mərkəzində) 200 kvadratmetr mənzil sahəsi var. Həmin əmlaka görə bələdiyyəyə ödənilməli verginin məbləği belə hesablanacaq:

200 - 30 = 170 kv.metr;
170 x 0,4 = 68 manat;
68 x 1,5 = 102 manat.

Deməli, həmin mənzilə görə əmlak sahibi illik 102 manat əmlak vergisini bələdiyyəyə ödəməlidir.

Əgər vətəndaşın 200 kvadratmetr sahəsi olan mənzili Gəncə şəhərindədirsə, onun əmlak vergisinin məbləği 51 manat təşkil edəcək:

(200 - 30) x 0,3 = 51 manat.

Qəbələ şəhərində yaşayan vətəndaşa məxsus 200 kvadratmetr sahəsi olan mənzilə görə əmlak vergisinin məbləği isə 34 manat olacaq:

(200 - 30) x 0,2 = 34 manat.

Məbləğlərin fərqli olması regionlar üzrə tətbiq edilən əmsalların dəyişməsi ilə bağlıdır”.

Obyektlərin vergisi

Yuxarıda göstərilən qaydalar və hesablamalar yaşayış sahələrinə aiddir. Bəs qeyri-yaşayış sahələrinə görə əmlak vergisi necə hesablanır? A.Cəfərov bu suala da aydınlıq gətirib: “Bu məsələ də Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 198.1.1-ci maddəsinin tələblərinə əsasən, yaşayış sahələrinə görə 30 kvadratmetr sahə vergidən azaddır. Ancaq bu, qeyri-yaşayış sahələrinə aid deyil. Ona görə də obyektlərin tam ölçüsü əmlak vergisinə cəlb edilir. Tutaq ki, vətəndaşın Bakı şəhərində 3-cü zonada 150 kvadratmetr qeyri-yaşayış sahəsi (icarəyə verdiyi obyekti) vardır. Onun əmlak vergisi bələdiyyə tərəfindən aşağıdakı qaydada hesablanacaq:

150 x 0,4 = 60 manat;

60 x 1,3 = 78 manat.

Deməli, qeyd olunan şərtlər daxilində həmin obyektin illik əmlak vergisi 78 manatdır”.

Bələdiyyələr əmlak vergisini necə toplayırlar?

Vergi Məcəlləsinin 200-cü maddəsinə əsasən, binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisinin hesablanması və ödənilməsi qaydası belə müəyyən edilib:

- Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

- Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

- Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

- Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

Mütəxəssis bildirib ki, bələdiyyələr sadalanan müddəalara əsaslanaraq, 2025-ci il üçün Vergi Məcəlləsinin 198-ci maddəsində olan prinsiplər əsasında əmlak vergisini hesablamalı və tədiyə (ödəniş) bildirişini vətəndaşa avqustun 1-nə kimi təqdim etməlidirlər. Yəni,bələdiyyələr yanvar ayının ilk iş günündən başlayaraq son tarixə - avqustin 1-nə kimi tədiyə bildirişləri verməlidirlər. Vətəndaşlar da əmlak vergisini bərabər hissələrlə, yəni yarıbayarı - 15 avqusta və 15 noyabra qədər bələdiyyəyə nağdsız qaydada ödəməlidirlər”.

Vergi borcuna görə faizlər

Bir çox hallarda bələdiyyələrin vətəndaşlara təqdim etdiyi tədiyə bildirişlərində faizlərin hesablandığının şahidi oluruq. Bəs ödəmələrin gecikdirilməsinə görə bələdiyyələrin faiz hesablamaq səlahiyyətləri varmı?

Vergi Məcəlləsinin 59.1-ci maddəsində göstərilib ki, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu müddəa bələdiyyələrə də aiddirmi?

Suala aydınlıq gətirən A.Cəfərov bildirib ki, vergilər vaxtında ödənilmədikdə hər gün üçün 0,1% faiz hesablanır: “Vergi Məcəlləsinin 4-cü maddəsində Azərbaycan Respublikasında tətbiq olunan 3 vergi müəyyən edilib. Onlardan biri yerli, yəni bələdiyyə vergiləridir. Ona görə də bələdiyyələr də Məcəllənin 4-cü və 59-cu maddələrinə əsaslanaraq, ödənişi gecikdirilən əmlak və torpaq vergisinə görə hər gün üçün 0,1% faiz hesablaya bilərlər. Bu hesablama üçün maksimal müddət 365 gündür”.

Neçə ilin vergisini ödəməliyik?

Vətəndaşları və bələdiyyələri maraqlandıran məsələlərdən biri də fiziki şəxslər tərəfindən ödənilməyən vergilərin son tələbetmə müddətidir. Bu məsələ ilə bağlı bir çox mütəxəssislər tələbetmə müddətinin 3 il və ya 5 il olduğunu bildirir və əsas kimi Vergi Məcəlləsinin 85-ci maddəsini göstərirlər. Həmin maddədə vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və onların dəyişdirilməsi ilə bağlı məqamlar yer alıb. A.Cəfərovun fikrincə, həmin qaydalar bələdiyyələrə aid edilmir: “Sadə formada desək, Vergi Məcəlləsinin 85.4-cü maddəsində vergilərin 3 il ərzində yenidən hesablanması və 5 il ərzində tutulması, yəni alınması hüququ verilib. Ancaq bu qaydaların bələdiyyələrə aidiyyəti yoxdur. Belə ki, həmin maddənin başlanğıcında “vergi orqanları ...” ifadəsi yer alıb. Ona görə də həmin tələblərdən ancaq vergi orqanları istifadə edə bilərlər. Bələdiyyələr isə vergi orqanları deyil, yerli özünüidarəetmə orqanıdır. Bələdiyyələrin tərkibində vergi şöbələri, vergi departamentləri yaradıla bilər, ancaq onlar vergi orqanları sayılmır. Vergi orqanları dedikdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və onun qurumları nəzərdə tutulur”.

A.Cəfərov əlavə edib ki, normativ hüquqi aktlarda əmlak vergisi borclarının tələbolunma müddəti ilə bağlı konkret tələblərə rast gəlinmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində iddia müddətləri ilə bağlı tələblər yer alıb. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsində isə göstərilib ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət - iddia müddəti sayılır. Məcəllənin 373-cü maddəsində isə iddia müddətləri belə müəyyən olunub:

- ümumi iddia müddəti on il təşkil edir;

- müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

- vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir;

- tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;

- Məcəllənin müvafiq fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.

“Məcəllənin 373.3.-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn iddia müddəti 3 il nəzərdə tutulub. Vətəndaşlar tərəfindən bələdiyyə vergilərinin ödənilməsi də vaxtaşırı icra edilməli öhdəlik kimi qəbul olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də istənilən hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Odur ki, bələdiyyələr tərəfindən fiziki şəxslərdən ödənilməyən vergilərin ödənilməsini tələb etmək hüququ kimi iddia müddətini 3 il olaraq müəyyənləşdirmək mümkündür”, – A.Cəfərov vurğulayıb.

Fərqanə ALLAHVERDİQIZI

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər