Mikayıl Cabbarov: " Vergi orqanlarının məqsədi sanksiyaların tətbiqi deyil..."

Mikayıl Cabbarov: " Vergi orqanlarının məqsədi sanksiyaların tətbiqi deyil..."

Vergilər Nazirliyində ticarət fəaliyyəti ilə məşğul olan aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Vergi Məcəlləsində edilmiş dəyişikliklər, ticarət sektoruna dair qanunvericiklikdə təsbit edilmiş yeni tələblər, vergi uçotunun şəffaflaşdırılması və mal dövriyyəsinin sənədləşdirilməsi, dövriyyələrin və əmək münasibətlərinin leqallaşması ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar barədə məlumat verərək bildirib ki, Vergilər Nazirliyi vergi orqanları ilə vergi ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması ilə bağlı açıq siyasət həyata keçirir. O, “kölgə iqtisadiyyatı”nda fəaliyyət göstərməyin düzgün və davamlı yol olmadığını, “ikili” hesabatlığın təkcə vergitutma baxımından deyil, həm də müəssisələrin hesabatlılığı, kapitallaşması, investisiya cəlb etməsi və bank resurslarına çıxışı baxımından da çətinliklər və məhdudiyyətlərə səbəb olduğunu diqqətə çatdırıb. Bu praktikaların və davranışların, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməməsi, gəlirlərin gizlədilməsi, əmək haqlarının reallıqda olduğundan aşağı göstərilməsinin təkcə dövlət üçün deyil, vətəndaşların sosial hüquqları baxımından ciddi çətinliklər yaratdığını qeyd edib.

Nazir ticarət sektorunun ÜDM-in formalaşmasında yüksək xüsusi çəkiyə malik olduğunu qeyd etməklə yanaşı bildirib ki, “kölgə iqtisadiyyatı”nın elementlərinə daha çox rast gəlinən sahələrdən biri də məhz bu sahədir.

Mal dövriyyələrinin sənədləşməsi və mühasibatlığın düzgün aparılmasında mövcud olan ciddi nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayan M.Cabbarov vergi orqanlarının məqsədinin sanksiyaların tətbiqi deyil, dövriyyələrin leqallaşması, hamının bərabər, leqal şərtlər əsasında işləməsi olduğunu bildirib. Vergi qanunvericiliyində 2019-cu ildən qüvvəyə minmiş dəyişikliklərin buna əyani misal olduğunu deyən nazir ilk dəfə qanun pozuntusu aşkarlanan zaman xəbərdarlıq mexanizminin tətbiq edilcəyini, vəsaitlərin bank hesablarından silinməsinin onların dondurulması ilə əvəzlənəcəyini də diqqətə çatdırıb.

Vergilər naziri vergi öhdəliyini azaltmaq üçün ən müxtəlif səviyyələrdə uzun illər ərzində formalaşmış olan bəzi düzgün olmayan praktikalardan imtina etməyi, onların biznes üçün fayda gətirmək əvəzinə, sanksiyalarla üzləşmə ehtimalı yaratdığını diqqətə çatdıraraq 2018-ci ildə bir sıra sahələrdə problemli məsələlərin üzərinə gedildiyini, “kölgə iqtisadiyyatı”nda fəaliyyət göstərən sahələrin dövriyyələrinin leqallaşdırıldığını, həmin sektorlar üzrə bazarda qaçaq malın satış payının dəfələrlə aşağı düşdüyünü və eyni yanaşmanın digər sektorlarda da tətbiq ediləcəyini bildirib.

Qeyd olunub ki, son iki ildə ticarət sektorunda yayındırılan dövriyyənin həcminin böyük rəqəmlərlə ölçülməsinə baxmayaraq, bu sahədə çalışan vergi ödəyicilərinin təqdim etdiyi bəyannamələrdə əmək haqlarının aşağı səviyyədə göstərilməsi sual doğurmaya bilməz. Bu halların vergidən yayınma risklərinin aşkar əlamətlərinin mövcudluğu kimi dəyərləndirən nazir bunun yolverilməz olduğunu qeyd edib.

M.Cabbarov Azərbaycan iqtisadiyyatının qüdrətinin güclü sahibkarlardan asılı olduğunu, vergi orqanlarının məqsədinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaq deyil, əksinə, onların fəaliyyətini stimullaşdırmaqdan, leqal şərtlərlə rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində ciddi və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı dövlət qurumları qarşısında mühüm vəzifələr qoyduğunu bildirən nazir sağlam və hamı üçün eyni rəqabətlilik mühitinin formalaşdırılmasının təkcə dövlətin deyil, hər bir sahibkarın da marağına uyğun olduğunu qeyd edib. Təklif olunan şəffaf münasibətləri qəbul etmək istəməyən, əvvəlki kimi qeyri-leqal fəaliyyət göstərməyə üstünlük verənlərə qarşı isə vergi orqanları fərqli yanaşma göstərəcək.

Sonra tədbirdə iştirak edən vergi ödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb.

 Media və Kommunikasiya Mərkəzi

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

1 Komment

  1. KAMIL 31 Yanvar 2019

    Salam.son zamanlar olkeda naxdsiz dovruyyeden sohbet gedir.televizorda olke ehalisini naxdsiz alis veris etmeya caxris edirler heveslendirmek ucun edv guzestleri edmek soz veriler..ama bunun ucun sade bir vergi qanunda deyiwiklik etmek yadlarindan cixib..melumudurki olkeda ekser ehali ya ferdi qaydada ya mikro sahibkarliq seviyyesenda feliyyet gosterir.demek olar 70 faiz beladir.olkeda boyuk ekseriyyet dovriyessi 200000 ve iscileri 10 neferden az olanlar ve onlarin iscilerdir..ve bunlar hek biri emek haqqlarin bank karti ile almir.,ve kartin ne olduxun bilmir.gunki vergi qanunda sahibkarlar ucun mecbur edilen hal dovriyyesi 200000 artiq olanlar iscilerine emek haqqlarin bank kart vasiyesi ile odemelidir.diger mikro sahibkar ise buna luzum bilmir.gunki qanunda yokdur demek naxda odenis etmek olar.ona gorede sade emek haqqin naxd alan vetendasa dedikde niye kartla alis veris etmirsen deyirki hansi kart (bolkart ya albali kart)yani emek haqqi karti hec vaxt gormeyib....Yani menca yaxsi olar ilk once vergide oturanlar bu qanunda deyisiklik edib emek haqqlarin butun isleyen ferdi ve huquqi sahibkalr muesalar ucun(ferqi yok mikro ya boyuk sahibkar) mecbur qayda etsin,o halda nadsiz odenislerda artagaq...ama ne ise bu il qanunda bu deyisiklik edilmedi.(necaki oten il qanunda qaime faktura almayan cerma olunurdusa bu il qaime faktira vermeyanda cerma olungaq.)..ve belka ozleride bilirki emek haqqi kartla olduqda sahibkar iscieya ne qeder danisibsa o qederde emek haqqi karta kocurmeya mecburdur..ama naxd qaydada olanda ferqli olur,yani sahibkar isci ile meslen misal sahibkar xadime ile ayda 200 manata razilasir ve sonra bu iscini mecbur qalib qeydiyyata alanda artiq ona minimum 130 manat yazir gunki isicinin yerine butun odenisleri ozu sahibkar edir.gunki isci 200 manatin isdeyir.ona qeydiyatda olub olmayib ferq yokdur..ama bank kart sistemi olsa bu hallar azalar...ela Xidmet muqavilesinde isleyenler ucunde bir deyisiklik olmadi,yani 4 fazi idi .oldu 5 faiz.guya ne deyisdiki.130*20% dmsf ) oda olduxu kimi qalir.yena xidmet muqavilesi ile ise qebul edagekler.. .(DSMF ise oten ilerda 26 % idi. bu ilde 26% qaldi. ferq 3+22+1 idi..bu il minus 200+10+15+1% eynidir..gunki sahibkar ozu odeyir ekser yerda iscinin yerina odenisleri.gelan ilden tibbi sixortada elave olgaq .gelir vergisi guzest 800 manat ise mikro kicik sahibkarlara hec maraqli olmadi.kim o qeder yuksek mass alir ki guzesta olsun)..birde asan xitmeda iscinin huquqlarin murafie edan bir bolme yaradilsa yaxsi olar.o zaman isden sebebsiz qovulan iscide bilerki kime oz sozun deyagek.yoksa sahibkar istediyi gun ise qebul edib istediyi gunde isden qovur,gunki bilirki isci ozun mudafie eda bilmeyegek...sax olun.

Şərh yazın

Xəbərlər