VAKANSİYA! SOCAR-da kim mühasib işləmək istəməz ki...

VAKANSİYA! SOCAR-da kim mühasib işləmək istəməz ki...

625 manat da maaş təklif edirlər...

Mühasib (Şabran QİS)

Vakansiyanın açılma tarixi 20.08.2013
Son müraciət tarixi 31.08.2013
Müəssisənin adı Azəriqaz İstehsalat Birliyi
Struktur vahidinin adı Regionlar üzrə Qaz İstismar İdarəsi
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi 10 - 11
Vəzifə maaşının məbləği 567AZN - 625AZN

Əlavə ödənişlər Qanunvericiliklə ARDNŞ-nin normativ hüquqi aktıarına əsasən əmək şəraiti və vəzifə xüsusiyyətləri nəzərə alınaraq əlavə ödənişlər edilir.
İş yerinin ünvanı Şabran şəhəri Q.Qasəmov küçəsi 3
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Quruda
Təhsil İstiqaməti Sahə üzrə  
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 1 ildən yuxarı ;
Tələb olunan kompüter bilik səviyyəsi MS Word - yaxşı ;
Tələb olunan xarici dil bilik səviyyəsi
Vakansiya tələbinə uyğun təlimlər
Vəzifə(peşə) funksiyaları • Əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının və ya xidmət göstərilməsinin analitik hesabını aparmaq;
• Sahə üzrə mal-materialların analitik uçotunu və hərəkətinin qeydiyatını aparmaq;
• İşin (xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək;
• İtkinin əmələgəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarmaq və təkliflər hazırlamaq;
• Sahənin struktur bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilini həyata keçirmək;
• Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi-qiymətlilərinin və əsas fondların hesabını düzgün tərtib edir, onların hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda vaxtında əks etdirmək;
• Debitorlarla və kreditorlarla hesablaşmaların, debitor və kreditor borclarının uçotunu və hesabatını təşkil edir, üzləşmə aktlarının tərtib edilməsini təmin etmək;
• Hesabat tərtib etmək üçün uçotun müxtəlif sahələri üzrə məlumat hazırlamaq;
• İşçilərə pul vəsaitinin ödənilməsi üzrə digər ödəniş cədvəllərini hazırlamaq;
• Əmək haqqından ödənişlərin köçürülməsi üçün bank sənədlərini hazırlamaq;
• Mədaxil və məxaric orderlərini tərtib edir və xüsusi jurnalda onların qeydiyatını aparmaq;
• Pul vəsaitinin düzgün istifadəsinə nəzarət etmək üçün qeydiyyat kitabını tərtib etmək;
• Sosial sığorta və məşğulluq fonduna nəzərdə tutulmuş hesabatları təqdim etmək;
• Ezamiyyətə gedən işçilərə gündəlik və kommunal xərclərin ödənməsi üçün tədbirlər görmək və həyata keçirmək;.

Bilməlidir • Mühasibat uçotunun təşkilini;
• Mühasibat hesabatlarının tərtibini;
• Mühasibat uçotunun müəssisələrdə təşkilini;
• Maliyyə hesabatlarının forma və qaydalarını;
• Materialların hesabatının düzgün aparılmasına;
• Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını
• Vergi məcəlləsini

Tələb olunan digər bilik və bacarıqlar Əməyin ödənilməsi dərəcəsi namizədin nəzəri biliklərinə əsasən müsahibə zamanı müəyyən edilir.
Son müraciət tarixi 31.08.2013

Müraciət üçün link: http://careers.socar.az/ApplyVac?Vid=5894

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Xəbərlər