ƏLA YENİLİK! ƏMAS altsistemində işçilərin əlilliyi ilə bağlı məlumatları SİYAHI formasında əldə etmək imkanı yaradıldı

ƏLA YENİLİK! ƏMAS altsistemində işçilərin əlilliyi ilə bağlı məlumatları SİYAHI formasında əldə etmək imkanı yaradıldı

MKS Academy tərəfindən növbəti onlayn tematik təlim 26 aprel 2025-ci ildə tarixdə keçiriləcək. Video reconding və sertifikat təqdim edilən tematik təlimdə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s) hesabına iştirak etmək mümkündür. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (What’s app da aktivdir) telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamağınız kifayətdir.

Xəbər verdiyimiz kimi, ƏMAS altsistemində əlilliyi olan şəxslər haqqında məlumatları hesabat formasında əldə etmək üçün xüsusi bölmə yaradılıb. ƏMAS altsistemində “ƏMAS” bölməsinin “Statistik məlumatlar” altbölməsində “Əlillik qrupları üzrə say” subbölməsində yaş qrupları və təhsil səviyyələri ilə bağlı bölmədə olduğu kimi əlilliyi olan işçilərin sayı ilə bağlı ümümi statistik məlumatlar təqdim edilir. İşəgötürən həmin bölmədə orqanizmin funksiyalarının 31 -60 faiz (öncəki III qrup), 61-80 faiz (öncəki II qrup) və 81-100 faiz (Öncəki I qrup) pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilərin sayı haqqında məlumatla tanış olmaq imkanına malikdir. Amma əlilliyi olan şəxslərin sayın tərkibini formalaşdırılan işçilər haqqında məlumat ƏMAS altsisteminin “Əlillik qrupları üzrə say” altbölməsində əks olunmurdu.

Dövlət qurumu tərəfindən ƏMAS altsistemində edilən son yeniliyi işəgötürənlərin faydasına olan dəyişiklik kimi qiymətləndirilə bilər.  ƏMAS altsistemində “ƏMAS” bölməsinin “Əməkdaşların əlillik məlumatları” altbölməsinə daxil olmaq lazımdır:

Həmin bölməyə daxil olduqdan sonra işəgötürən əlilliyi olan işçilərin haqqında bəzi məlumatları (əlililik qrupları və əlillik səbəbi) əldə edə biləcək:

İşəgötürən işçilərin orqanizm funksiyalarının faiz nisbəti üzrə axtarış etməklə orqanizmin funksiyalarının 31 -60 faiz, 61-80 faiz və 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üzrə məlumatları da ayrıca qruplaşdıra bilər. Qeyd edək ki, Əmək Məcəlləsində əliliyi olan şəxslərlə bağlı bəzi tələblər mövcuddur. Misal üçün, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır.  Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən isə əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.  Əmək Məcəlləsinin 119-cu maddəsində də qeyd edilir ki, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilməlidir.

İşəgötürən ƏMAS altsisteminin “Əməkdaşların əlillik məlumatları” bölməsində qeyd edilən işçilərin Əmək Məcəlləsinin əlilliyi olan şəxslər üçün müəyyən etdiyi minimum tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir.

Məlumat üçün bildirək ki, ƏMAS altsistemində edilən son yeniliklər barəsində 26 aprel 2025-ci il tarixdə keçiriləcək onlayn tematik təlimdə də məlumat veriləcək.  Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (What’s app da aktivdir) telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamağınız kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər