Vergi orqanından ƏMAS-ın “İş vaxtının növü” bölməsində NATAMAM iş vaxtı qeyd edilən işçilərlə bağlı XƏBƏRDARLIQ

Vergi orqanından ƏMAS-ın “İş vaxtının növü” bölməsində NATAMAM iş vaxtı qeyd edilən işçilərlə bağlı XƏBƏRDARLIQ

MKS Academy tərəfindən növbəti onlayn tematik təlim 26 aprel 2025-ci ildə tarixdə keçiriləcək. "İşçilərin ezamiyyə qaydaları və iş vaxtının cəmlənmiş uçotu" mövzusunda olacaq tematik təlimdə həmçinin ƏMAS altsistemində həyata keçirilən son dəyişikliklərlə yanaşı iş yerlərinin attestasiyası bölməsinə məlumatların daxil edilməsi də izah olunacaq. Video reconding və sertifikat təqdim edilən tematik təlimdə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s) hesabına iştirak etmək mümkündür. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (What’s app da aktivdir) telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamağınız kifayətdir.

Son dövrlər işçilərlə bağlanan əmək müqavilələri ƏMAS-a daxil edilən zaman “İş vaxtının növü” bölməsində “Natamam iş vaxtı”nın qeyd edilməsinə tez-tez rast gəlinir. Məlumat üçün bildirək ki, ƏMAS altsistemi işçi ilə əmək müqaviləsi bağlayan işəgötürənə “İş vaxtının növü” bölməsində 3 seçim imkanı verir:

  • Tam iş vaxtı;
  • Natamam iş vaxtı;
  • Qısadılmış iş vaxtı.

3 seçim imkanı ilə bağlı qanunvericiliyin tələblərinə baxaq. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, tam iş vaxtı dedikdə, müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman başa düşülür. Qısadılmış iş vaxtı isə Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələri ilə tənzimlənir. Misal üçün, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Natamam iş vaxtı isə Əmək Məcəlləsinin 94-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.

Maraqlıdır, işəgötürənlər niyə işçi ilə əmək müqaviləsi bağladıqda bəzən natamam iş vaxtını seçməyə üstünlük verirlər? Əmək Məcəlləsinin 155-ci maddəsinin üçüncü hissəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Maddənin tələblərindən göründüyü kimi, işəgötürən işçini tam və ya qısadılmış iş vaxtı ilə işə cəlb edirsə, həmin şəxsə minimum əmək haqqıdan (400 manatdan) aşağı əmək haqqı müəyyən edə bilməz. İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqıdan aşağı məbləğdə əmək haqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

İşəgötürən işçinin əmək müqaviləsində “İş vaxtının növü” bölməsində “Natamam iş vaxtı” seçərsə, ona minimum əmək haqqıdan aşağı əmək haqqı müəyyən edə bilər. Bəzi işəgötürənlər natamam iş vaxtı müəyyənləşdirərkən əmək haqqı fondu üzrə icbari ödənişlərin az olması məqsədilə işçilərin əmək haqlarını 400 manatdan daha aşağı qeyd edilməsinə üstünlük verirlər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi tərəfindən bəzi işəgötürənlərə əmək müqavilələrində natamam iş vaxtının qeyd edilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilib. Vergi orqanı tərəfindən “İşçi sayında yaranmış uyğunsuzluqlar barədə” başlığı ilə göndərilən xəbərdarlıq məktubunda qeyd edilir ki, vergi orqanındakı uçot məlumatları bazasının təhlilləri nəticəsində əmək müqavilələri bazasında qeydiyyatda olan muzdlu işçilərinizin 50 faizindən çoxunun iş qrafikinin “Natamam” seçildiyi müəyyən olunub. Vergi orqanı xəbərdarlıq məktubunda Vergi, İnzibati xətalar və Cinayət məcəllələrinə uyğun olaraq maliyyə sanksiyaları, inzibati və cinayət məsuliyyətləri haqqında məlumatları vergi ödəyicisinin diqqətinə çatdırıb.  Vergi orqanı tərəfindən göndərilən xəbərdarlıq məktubununun sonunda işəgötürənlərə baş verən uyğunsuzluqların aradan qaldırılması tövsiyə olunur: “Əsaslar olmadığı halda müəyyən edilmiş risklərin könüllü olaraq aradan qaldırılması və muzdla işləyən işçilərlə əmək müqavilələrinin bağlanması Sizə tövsiyə olunur.”

Əmək qanunvericiliyinə uyğun olaraq bəzi hallarda işəgötürənlər əmək müqaviləsində natamam iş vaxtı seçmək məcburiyyətində olurlar. Misal üçün, işçi əsas iş yeri yox, əlavə iş yeri olaraq işəgötürənlə əmək müqaviləsi bağladıqda natamam iş vaxtı tətbiq edilməsi həyata keçirilir. Çünki Əmək Məcəlləsinin 58-ci maddəsinin ikinci hissəsinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Maddənin tələbindən göründüyü kimi işəgötürən işçi ilə əvəzçilik üzrə əmək müqaviləsini imzaladıqda iş vaxtının müddətini beşgünlük iş həftəsində gündəlik olaraq 4 saatdan çox müəyyən edə bilməz. Bundan əlavə, Əmək Məcəlləsinin 94-cü maddəsinin üçüncü hissəsinə əsasən, işçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.

Fikrimizcə, işəgötürən vergi orqanının “İşçi sayında yaranmış uyğunsuzluqlar barədə” xəbərdarlıq məktubuna cavab verməlidir. Cavab məktubunda natamam iş vaxtı ilə işə cəlb edilən işçilərin əmək müqaviləsində həmin iş vaxtı növünün niyə seçildiyi qeyd olunmalıdır. Bir məsələni qeyd edək ki, Vergi, İnzibati xətalar və Cinayət məcəllələrində işçilərinin natamam iş vaxtı ilə işə cəlb edilməsinə görə məsuliyyət tədbirləri nəzərdə tutulmayıb. Amma vergi orqanı vergi ödəyicisində işçilərin natamam iş vaxtı ilə calışması barədə məsələni araşdırmaq məqsədilə vergi nəzarəti tədbirləri həyata keçirmək hüququna malikdir.

Məlumat üçün bildirək ki, vergi orqanı tərəfindən natamam iş vaxtı ilə bağlı göndərilən uyğunsuzluq məktubu haqqında 26 aprel 2025-ci il tarixdə "İşçilərin ezamiyyə qaydaları, iş vaxtının cəmlənmiş uçotu və ƏMAS altsistemində son yeniliklər" mövzusunda keçiriləcək tematik təlimdə ətraflı məlumat veriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla əlaqə saxlaya bilərsiniz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

3.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

Vergi uçotu: A-dan Z-yə (IX nəşr)

Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)

Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər