YENİLİK! Saatlıq əmək haqqının tətbiqində VACİB MƏQAMLAR

YENİLİK! Saatlıq əmək haqqının tətbiqində VACİB MƏQAMLAR

Əmək Məcəlləsinə daxil edilməsi gözlənilən saatlıq əmək haqqının işəgötürən və işçiyə hansı müsbət təsirləri olacaq?

MKS Academy tərəfindən növbəti onlayn tematik təlim 3 may 2025-ci ildə tarixdə keçiriləcək. "Əmək haqqının hesablanması: A-dan Z-yə" və "Xəstəlik vərəqələri üzrə müavinətlər: yeniliklər və hesablanması qaydası" mövzularında olacaq təlimdə ƏMAS altsistemində həyata keçirilən son dəyişikliklər də izah ediləcək. Video recording və sertifikat təqdim edilən tematik təlimdə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s.) hesabına iştirak etmək mümkündür. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (What’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamağınız kifayətdir.

Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Əmək Məcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparılır. Nazirin dediyinə görə, Əmək Məcəlləsində ediləcək dəyişikliklərdən biri də saatlıq əmək haqqı sisteminin tətbiqi ilə bağlıdır. Maraqlıdır ki, saatlıq əmək haqqının tətbiqinin işəgötürən və işçilərə necə təsiri olacaq?

Qeyd edək ki, minimum saatlıq əmək haqqı bir sıra inkişaf etmiş ölkələrdə tətbiq edilir. Misal üçün, Amerika Birləşmiş Ştatlarında saatlıq əmək haqqı ştatlara görə dəyişir. Bu rəqəm federal səviyyədə 7,25 dollar olduğu halda, Kaliforniyada 16 dollardır. Ölkəmizdə saatlıq əmək haqqının tətbiqi ilə bağlı bəzi məqamları həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik.

Birinci məqam. Ölkəmizdə minimum əmək haqqı olduğu kimi minimum saatlıq əmək haqqı da müəyyənləşdiriləcək. Tam iş vaxtında çalışan işçiyə 400 manatdan az əmək haqqı müəyyən olunmasına qadağa qoyulduyu kimi, saat hesabına çalışan işçi də qanunvericiliklə müəyyən edilən minimum saatlıq əmək haqqıdan az maaş almayacaq. O səbəbdən də, saatlıq işləyən işçiyə daha yüksək əmək haqqı müəyyən ediləcək. Məsələn, 400 manatlıq əmək haqqı alan işçinin 20 iş günü olan 160 saatlıq aylıq iş norması üzrə bir saatlıq əmək haqqı 2,5 manat (400 manat (əmək haqqı) / 160 saat) təşkil etsə də, fikrimizcə, saatlıq əmək haqqı ilə işləyənlər üçün müəyyən edilən məbləğ 2,5 manatdan daha yüksək müəyyən ediləcək.

İkinci məqam saatlıq əmək haqqının kimlərə tətbiq edilməsidir. Bəzi həmkarlar hesab edirlər ki, saatlıq əmək haqqı xüsusi sahələr üzrə konkret vəzifələrə (peşələrə) tətbiq ediləcək. Ancaq əldə etdiyimiz məlumata görə, saatlıq əmək haqqı qısa müddətə əmək müqaviləsi bağlayan şəxslərə şamil olunacaq. Bu da o deməkdir ki, işəgötürən müddətsiz və ya uzunmüddətli əmək müqaviləsi bağladığı şəxslərə minimum saatlıq əmək haqqı hesablanması həyata keçirməyəcək.

Məlumat üçün bildirək ki, 3 may 2025-ci il tarixdə "Əmək haqqının hesablanması: A-dan Z-yə" və "Xəstəlik vərəqələri üzrə müavinətlər: yeniliklər və hesablanması qaydası" mövzularında keçiriləcək tematik təlimdə saatlıq əmək haqqı ilə bağlı aşağıdakı məsələlər müzakirə olunacaq. Təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] adressi ilə əlaqə saxlamağınız kifayətdir

Sual 1. Tutaq ki, bir saat üçün 20 manat müəyyən edilib. Bu halda həmin aydakı iş günlərinin əhəmiyyəti olmayacaq? Yəni bayramların çox olduğu mart və ya bayramların olmadığı aprel ayında saatlıq minimum əmək haqqı standartı eyni, yoxsa fərqli olacaq?

Sual 2. İşçinin əmək müqaviləsində ay ərzində necə saat işləməsinin qeyd olunması gözlənilir? Yoxsa, sadəcə qeyd ediləcək ki, hər saatına X manat hsablanacaq və ay sonu həmin saatlara görə ödəniş ediləcək?

Sual 3. Hansı halda işçiyə iş vaxtından artıq saata görə ikiqat hesablanma həyata keçiriləcək?

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

3.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

Vergi uçotu: A-dan Z-yə (IX nəşr)

Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)

Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər