İş yerlərinin attestasiyası ilə bağlı əmr forması necə hazırlanmalıdır? (Nümunəvi forma)

İş yerlərinin attestasiyası ilə bağlı əmr forması necə hazırlanmalıdır? (Nümunəvi forma)

MKS Academy tərəfindən növbəti onlayn tematik təlim 26 aprel 2025-ci ildə tarixdə keçiriləcək. "İşçilərin ezamiyyə qaydaları və iş vaxtının cəmlənmiş uçotu" mövzusunda olacaq tematik təlimdə həmçinin ƏMAS altsistemində həyata keçirilən son dəyişikliklərlə yanaşı iş yerlərinin attestasiyası bölməsinə məlumatların daxil edilməsi də izah olunacaq. Video reconding və sertifikat təqdim edilən tematik təlimdə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s) hesabına iştirak etmək mümkündür. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (What’s app da aktivdir) telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamağınız kifayətdir.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlərə iş yerlərinin attestasiyası ilə bağlı xəbərdarlıq məktubu təqdim edildikdən sonra, həmkarlarımızın bu məsələyə diqqəti artıb. Həmkarlarımız ƏMAS altistemində iş yerlərinin attestasiyası ilə bağlı məlumatların doldurulması ilə yanaşı, müvafiq əmr forması ilə də maraqlanırlar. ƏMAS altsistemində məlumatların doldurulması barədə 26 aprel 2025-ci il tarixdə “Ezamiyyə qaydaları, iş vaxtının cəmlənmiş uçotu və ƏMAS-da son yeniliklər” mövzusunda keçiriləcək tematik təlimdə geniş məlumat veriləcək. İş yerlərinin attestasiyası ilə bağlı əmr formasını isə təqdim edirik:

Blank “Alov” MMC

ƏMR

№________

Bakı şəhəri                                                                               ____ ____________2025-ci il

İş yerlərinin attestasiyasının keçirilməsi haqqında

İş yerlərinin attestasiyasının təşkili məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinə müvafiq olaraq

ƏMR EDİRƏM:

  1. “Alov” MMC-də 1 may 2025-ci il tarixdən 31 may 2025-ci il tarixədək əmək şəraiti üzrə iş yerlərinin attestasiyası həyata keçirilsin.
  2. İş yerlərinin attestasiyasının keçirilməsinin təşkil edilməsi üçün aşağıdakı tərkibdə attestasiya komissiyası yaradılsın:
  • Komissiyasının sədri: ____________________ , _______________

Ad və soyad                            vəzifə

  • Komissiyasının üzvü: ____________________ , _______________

Ad və soyad                            vəzifə

  • Komissiyasının üzvü: ____________________ , _______________

Ad və soyad                            vəzifə

  1. Attestasiya komissiyası:
    • Təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsi, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunması üçün müvafiq laboratoriya ilə müqavilə imzalanmasını həyata keçirsin;
    • Attestasiya prosesini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilən “İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları”na uyğun təşkil etsin;
    • Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələrini protokolla rəsmiləşdirsin.
  2. Kadrlarla iş üzrə şöbə:
    • Əmək Məcəlləsinin 64-cü maddəsinin tələblərinə uyğun olaraq iş yerlərinin attestasiyanın keşirilməsinin nəticələrinə dair sənədlərin surətininin 10 iş günü müddətində Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim olunmasını təmin etsin;
    • ƏMAS altsistemində iş yerləri üzrə müvafiq bölməyə məlumatların daxil edilməsini həyata keçirsin.
  3. Əmrin icrasına nəzarəti əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışan ________ _______  həvalə edilsin.

 

Direktor: ______________ Nəbili N.N.

Əmrlə tanış oldum:

_____________   Tarix: _________

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər