
ƏMAS altsistemində HR-lara dəstək olacaq ƏLA YENİLİK
ƏMAS altsisteminə elektron sənəd formasında yüklənən bildirişin nümunəvi forması (İLK olaraq mks.az-da)
MKS Academy tərəfindən növbəti onlayn tematik təlim 3 may 2025-ci ildə tarixdə keçiriləcək. "Əmək haqqının hesablanması: A-dan Z-yə" və "Xəstəlik vərəqələri üzrə müavinətlər: yeniliklər və hesablanması qaydası" mövzularında olacaq təlimdə ƏMAS altsistemində həyata keçirilən son dəyişikliklər də izah ediləcək. Video recording və sertifikat təqdim edilən tematik təlimdə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s.) hesabına iştirak etmək mümkündür. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (What’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamağınız kifayətdir.
Xəbər verdiyimiz ki, dünəndən yəni 1 may 2025-ci il tarixindən etibarən əmək qabiliyyətinin itirilməsinə görə xəstəlik vərəqəsinin elektron sənəd formasında tərtib olunması həyata keçiriləcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına əsasən ığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən elektron sənəd formasında tərtib edilməlidir.
İnsan resursları sahəsində çalışan mütəxəssislərinin işində faydalı olan dəyişiklik də ƏMAS altsistemində həyata keçiriləcək. İşəgötürən işçinin xəstələnməsi yəni əmək qabiliyyətini müvəqqəti itirilməsi haqqında məlumatı artıq ƏMAS altsistemində görmək imkanına malik olacaq. ƏMAS altsistemində edilən yeniliyə əsasən, işçi xəstəlik vərəqəsi açılması haqqında müvafiq tibb müəssisəsinə müraciət etdiyi zaman həmin məlumat bildiriş formasında ƏMAS altistmində yüklənəcək. Beləliklə, işəgötürən artıq işçinin hansı səbəbdən işə gəlməməsi haqqında məlumata malik olacaq.
Qeyd edək ki, ƏMAS altsistemində edilən son dəyişiklik kifayət qədər işəgötürənlərin əsasən də, İnsan resursları sahəsində çalışan mütəxəssislərinin işində faydalı olacaq. Cünki son dəyişikliyə qədər işəgötürən işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi haqqında məlumata adətən işçinin xəstəlik vərəqəsinin bitdiyi tarixdə məlumatlı olurdular. Amma ƏMAS altsisteminə edilən dəyişiklik nəticəsində işçinin xəstəlik vərəqəsi açması haqqında məlumat onlayn haqqında işəgötürənlərə bildiriləcək.
Məlumat üçün bildirək ki, sabah yəni 3 may 2025-ci il tarixdə "Əmək haqqının hesablanması: A-dan Z-yə" və "Xəstəlik vərəqələri üzrə müavinətlər: yeniliklər və hesablanması qaydası" mövzularında keçiriləcək tematik təlimdə elektron sənəd formasında tərtib olunan xəstəlik vərəqələri üzrə məsələlər müzakirə olunacaq. Təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] adressi ilə əlaqə saxlamağınız kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
3. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
Vergi uçotu: A-dan Z-yə (IX nəşr)
Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)
Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın