
DİQQƏT! Bu gündən etibarən xəstəlik vərəqələri YALNIZ ELEKTRON formada tərtib olunacaq (VACİB MƏQAMLAR)
MKS Academy tərəfindən növbəti onlayn tematik təlim 3 may 2025-ci ildə tarixdə keçiriləcək. "Əmək haqqının hesablanması: A-dan Z-yə" və "Xəstəlik vərəqələri üzrə müavinətlər: yeniliklər və hesablanması qaydası" mövzularında olacaq təlimdə ƏMAS altsistemində həyata keçirilən son dəyişikliklər də izah ediləcək. Video recording və sertifikat təqdim edilən tematik təlimdə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s.) hesabına iştirak etmək mümkündür. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (What’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamağınız kifayətdir.
Xəbər verdiyimiz ki, 1 may 2025-ci il tarixindən etibarən əmək qabiliyyətinin itirilməsinə görə xəstəlik vərəqəsinin elektron sənəd formasında tərtib olunması həyata keçiriləcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına əsasən ığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən elektron sənəd formasında tərtib edilməlidir.
Maraqlıdır ki, elektron sənəd formasında hazırlanan xəstəlik vərəqələri üzrə haqq-hesab cədvəlinin tərtibi necə həyata keçiriləcək? Tibb müəssisələri tərəfindən xəstəlik vərəqələri e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.
Tibb müəssisə tərəfindən işçi üçün xəstəlik vərəqəsi yaradıldıqda ƏMAS altsistemində “xəstəlik vərəqəsinin reyestri” bölməsində bildiriş kimi qeyd ediləcək. Xəstəlik vərəqəsi üzrə müddət başa çatdıqdan həmin məlumatlar bildiriş formasında yox xəstəlik vərəqəsi üzrə məlumatlarda əks olunacaq. Qeyd edək ki, işəgötürən 1 may 2025-ci il tarixdən sonra işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı haqq-hesab cədvəlini tərtib etdikdə əmək qabiliyyətini müvəqqəti itirənlər üçün kağız formada xəstəlik formasını yükləməsinə icazə verilməyəcək. İşəgötürən əmək qabiliyyətini müvəqqəti itirən işçi üzrə FİN-i DSMF-ə təqdim ediləcək haqq-hesab cədvəlinə daxil etdikdə xəstəlik vərəqələri üzrə məlumatlar avtomatik olaraq həmin hesabatda əks olunacaq.
Digər məqam ondan ibarətdir ki, elektron xəstəlik vərəqəsinin tərtib olunması üçün səlahiyyətli həkimlər “Sima” hüquqi imza və VSİS sisteminə giriş hüququ əldə etməlidirlər. 1 may 2025-ci il tarixdən etibarən tibb müəssisələri tərəfindən kağız daşıyıcılarda tərtib olunmuş xəstəlik vərəqələri etibarsız hesab ediləcək və DSMF tərəfindən qəbul olunmayacaq.
Məlumat üçün bildirək ki, 3 may 2025-ci il tarixdə "Əmək haqqının hesablanması: A-dan Z-yə" və "Xəstəlik vərəqələri üzrə müavinətlər: yeniliklər və hesablanması qaydası" mövzularında keçiriləcək tematik təlimdə elektron sənəd formasında tərtib olunan xəstəlik vərəqələri üzrə məsələlər müzakirə olunacaq. Təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] adressi ilə əlaqə saxlamağınız kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
3. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
Vergi uçotu: A-dan Z-yə (IX nəşr)
Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)
Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın