
DƏMX-dən işəgötürənlərə rəsmi məktubla XƏBƏRDARLIQ: ƏMAS altisteminə bu məlumatları 10 iş günü müddətinə daxil edin
Dövlət Əmək Müfəttişliyi Xidməti: “Əks halda İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən inzibati cərimə tətbiq ediləcək”
Növbəti tematik təlim "Əmək müqaviləsinə xitam və ƏMAS altsistemi üzrə vacib məqamlar və yenilikliklər" mövzusuna həsrr olunub. 12 aprel 2025-ci il tarixdə keçiriləcək tematik təlim onlayn (ZOOM - saat 10:00 - 13:00) və əyani (Caspian Plaza - saat 14:00 -17:00) olaraq keçiriləcək. Video recording və sertifikat təqdim edilir. Əyani təlim isə Caspian Plazada yerləşən konfrans zalında həyata keçiriləcək.
Təlimə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s.) hesabına qoşulmaq mümkündür. Təlimdə iştirak üçün 050-368-12-72 saylı (what's app da aktivdir) telefonla əlaqə saxlamağınız kifayətdir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Əliyeq Sadiq tərəfindən əksər işəgötürənlərə iş yerlərinin attestasiyanın keçirilməsi ilə bağlı xəbərdalıq məktubu göndərilib. Xəbərdarlıq məktubunda qeyd edilir ki, Əmək Məcəlləsinin 64-cü maddəsininə əsasən işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Həmçinin məktubda qeyd edilir ki, işəgötürən attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.
Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulan iş yerlərinin attestasiyasının keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilən “İş yerlərinin attestasiyasının keçirilməsi QAYDALARI” ilə tənzimlənir. Əmək Məcəlləsinin 64-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli, 38 nömrəli qərarı ilə iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarına əsasən, iş yerlərinin attestasiyası ilə bağlı vacib məqamlar aşağıdakılardır:
- attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmamaqla, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən müəyyən olunur;
- müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir;
- müəssisənin attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə rəsmiləşdirilir;
- iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir;
- iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
23 iyun 2023-cü il tarixli qanunla Əmək Məcəlləsində edilə dəyişiklik nəticəsində işəgötürən iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün Dövlət Əmək Müfəttişliyi Xidməti qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etməlidir.
Dövlət Əmək Müfəttişliyi Xidməti də Əmək Məcəlləsinin 64-cü maddəsi və Nazirlər Kabinetinin 38 saylı qərarının tələbləri əsasında işəgötürən tərəfindən keçirilən iş yerlərinin attestasiyanın aparılması nəticələrinə dair məlumatları ƏMAS altsisteminə daxil edilməsini təmin etməlidir. Qeyd edək ki, ƏMAS altsisteminə iş yerlərinin attestasiya məlumatlarının daxil edilməsi ilə bağlı “Rəsmi yazışmalar” bölməsində “İş yerlərinin zərərliyinin attestasiyası” adlı xüsusi bölmə də işəgötürənlərin istifadəsinə verilib:
İşəgötürən həmin bölməyə daxil olaraq, iş yerlərinin attestasiyası ilə bağlı məlumatları daxil etməlidir. İlkin sənədlər bölməsində “Müəssisə direktoru”, “Sex (məntəqə) rəisi” və “Attestasiya komissiyası üçün seçilmiş şəxs” haqqında məlumatlar əks olunmalıdır. Növbəti bölmələrdə isə iş yerlərinin attestasiyası haqqında dana geniş məlumatlar daxil edilməlidir. Həmin məlumatlara laboratoriya, ölcü vahidləri və s. məlumatlar qeyd olunmalıdır. İşəgötürən, həmçinin iş yerlərinin attestasiyası ilə bağlı sənədlər də əlavə olunmalıdır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən göndərilən məktubda həmçinin işəgötürənlərə İnzibati Xətalar Məcəlləsində iş yerlərinin attestasiyasının keçirilməməsinə görə inzibati cərimənin tətbiq olunması ilə bağlı da məlumat bildirilib. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.
İş yerlərinin attestasiyası və ƏMAS altsisteminə daxil edilməsi ilə bağlı 12 aprel 2025-ci il tarixdə onlayn və əyani olaraq keçiriləcək "Əmək müqaviləsinə xitam və ƏMAS altsistemi üzrə vacib məqamlar və yenilikliklər" mövzusunda keçiriləcək tematik təlimdə məlumat veriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 saylı (what's app da aktivdir) saylı telefonla əlaqə saxlamaq lazımdır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın