
Vakansiya! Bankda baş kassir vəzifəsi üzrə işçi elanı
Şirkətin Adı: Expressbank
Vakansiya: Baş kassir
Yüklənib/ Son tarix: 02 oktyabr / 02 noyabr
İş yeri: Bakı
E-mail: [email protected]
Baş kassirə olan tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Bank sahəsində kassa işləri üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
- Ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.
Baş kassirin vəzifə öhdəlikləri:
- Kassa əməliyyatlarının Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun aparılması;
- Gün ərzində kassadan keçmiş bütün sənədlərə nəzarət;
- Əməliyyət günün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
- Balansdankənar bütün sənədlərin və qiymətlilərin hesablanması;
- Filialların kassalarına nağd vəsaitlərin, sənədlərin, qiymətlilərin göndərilməsi və qəbulu;
- Bankomatlar üçün pul vəsaitlərinin hazırlanması və inkassatorlara bankomatların yüklənməsi üçün pulların verilməsi;
- Nağd vəsaitlərin çeşidlənməsi, qruplaşdırılması.
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın