
Vakansiya! Xalq bank kredit mütəxəssisi vəzifəsi üzrə işçi axtarır
Vakansiya: Kredit şöbəsinin mütəxəssisi (Sumqayıt filialı)
Şirkət: Xalq Bank
Əmək haqqı: 500 - 670 AZN
Tel: (012) 404 - 43 - 39
Fax: (012) 404 - 43 - 34
E-mail: [email protected]
Elanın tarixi: 2012-10-02
Bitmə tarixi: 2012-11-01
Əsas tələblər:
-Ali təhsil (iqtisadiyyat, riyaziyyat və hüquq arzuolunandır)
-Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) ən azı 1 il iş stajı
-Biznes, xidmət, ticarət və kənd təsərrufatı sahəsində müəyyən təcrübə
-Azərbaycan və rus dillərini bilmək (ingilis dilini bilmək arzuolunandır)
-Ünsiyyətçilik, məsuliyyətlilik, təşəbbüskarlıq
-Komandada işləmək bacarığı
-Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
-Riyazi hesablama aparmaq qabiliyyəti
-İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
-Təcrübəli MS Office istifadəçisi olması
-Müraciət edilən filialın yerləşdiyi şəhəri və ətraf rayonlarını yaxşı tanımaq
Vəzifə öhdəlikləri:
-Müştəriyə bankın kredit məhsullarına dair məsləhət verilməsi
-Kredit müraciətlərinin qəbulu və analizi
-Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi
-Kredit sənədlərinin tərtibatı
-Kredit portfelinə nəzarət etmək və idarə etmək
-Müştəri hesablarının aparılmasına dair xidmətlər
-Bank əməliyyatlarının aparılması
-Kreditə dair xidmətlər və onların monitorinqi
Mənbə: jobsearch.az
0 Komment
Şərh yazın