Vakansiya! Səfalı regionda kredit işçisi işləmək şansı

Vakansiya! Səfalı regionda kredit işçisi işləmək şansı

Kredit işi ilə tanışlıq və ya bu haqda öyrənmə arzusu olmalıdır

Şirkətin Adı:     FINCA Azerbaijan
Vakansiya:     Kredit işçisi
Yüklənib/ Son tarix:     01 oktyabr / 12 oktyabr
E-mail:     [email protected]

FINCA-Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı öz ZAQATALA filialı üçün KREDIT İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. Biz biznes sahəsində çalışan adamlarla gündəlik işləmək, ünsiyyətdə olmağa marağı olan və enerjili namizədlərin komandamıza qoşulmasını arzulayırıq. Bu vəzifədə çalışanın iş vaxtının 90% kiçik və orta bizneslə məşğul olan adamların fəaliyyət göstərdikləri ərazilərdə, o cümlədən ticarət obyektlərinin (bazarlar, yarmarkalar) və sıx yerləşdiyi digər ərazilərdə olacaq.

Kredit İşçisi vəzifəsi üçün tələb olunanlar:

  •     Ali təhsil (riyaziyyat və iqtisadiyyat arzuolunandır);
  •     Biznes, xidmət və ticarət sahəsində müəyyən təcrübə;
  •     Elementar riyazi hesablama aparmaq;
  •     Kredit işi ilə tanışlıq və ya bu haqda öyrənmə arzusu;
  •     Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  •     Azərbaycan dilində sərbəst danışmaq;
  •     Zaqatala şəhəri ərazisini yaxşı tanıyan;
  •     İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 12 Oktyabr 2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected]  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№413/12) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvanlara təqdim edəsiniz:
Zaqatala şəhəri, Vidadi küçəsi, Sosial Müdafiə Fondunun yaxınlığında. Telefon: (0174) 5 21 18.

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com  web səhifəsindən əldə edə bilərsiniz.

Mənbə: azerjobs.com

0 Komment

    Şərh yazın

    Xəbərlər