
Vakansiya! Azersun Holdinq regionda işləmək üçün İnsan Resursları üzrə mütəxəssis axtarır
Əmək haqqı olaraq 500 manat təklif edilir
Maaş: 500 AZN
İşəgötürən: Azərsun Holdinq
Vakansiya: İnsan Resursları üzrə mütəxəssis
Şəhər: Biləsuvar
Yaş: 23 - 30
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Telefon: (012) 514 23 18
E-mail: [email protected]
Elanın tarixi: Sentyabr 27, 2012
Bitmə tarixi: Oktyabr 27, 2012
İş barədə məlumat
İnsan Resurslarını özünə peşə olaraq seçmiş, bu istiqamətdə karyera qurmaq arzusunda olan və aşağıdakı tələblərə cavab verən şəxslər Şirkətlər Qrupumuzun İnsan Resursları Departamentində işə dəvət olunurlar.
- Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması
- Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması
- İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi
- Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi
- Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması
Namizədə tələblər
- Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil
- İnsan Resursları sahəsində ən az 3 il iş təcrübəsi
- İş yeri Biləsuvar Konserv Zavodunda yerləşdiyi üçün Biləsuvar rayonu sakini olmalı
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı
- Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli
- Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli
- Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı
- Kadrların hərəkətlərinin uçot metodlarını bilməli
- MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “İR mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.
Mənbə: boss.az
1 Komment
Bayram 27 Fevral 2020
Surucu iwi axtariram katekorya bc yawadigim unvan wirvan weheri elaqe nomrem 0517033388
Şərh yazın