
Vakansiya! Xəzinədar işləmək istəyənlər üçün əla şans
JOB TITLE: Xəzinədar
EMPLOYER: Parabank ASC (Ağdaş rayonu üzrə)
DUTY STATION: Azərbaycan
PUBLISHED: 2012-09-26
DEADLINE: 2012-10-26
Parabank ASC Ağdaş rayonunda yeni yaradılacaq filialına xəzinədar vəifəsinə işçi qəbulu elan edir:
Namizədə tələblər
-Ali təhsilli
-Bankda xəzinədar vəzifəsi üzrə stajı olan namizədlərə üstünlük verilir
-Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilmək arzuolunandır)
-Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq
-Komandada işləmək bacarığı
-Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
-Riyazi hesablama aparmaq qabiliyyəti
-İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
İş barədə məlumat
1. Filial müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
2. Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
3. Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
4. Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
5. Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri və baş mühasibinin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
6. Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;
CV-zin [email protected] ünvanına yollamaq xahiş olunur.
Mənbə: jobsearch.az
0 Komment
Şərh yazın